60 yaşlı qadının evindən 10 KamAz zibil çıxdı
Icma.az xəbər verir, Baku.ws-ə əsaslanaraq 60 yaşlı qadının evindən 10 KamAz zibil çıxdı.
Türkiyənin Ordu şəhərində evlərdən birindən 10 KamAz zibil çıxıb.
BAKU.WS xəbər verir ki, qonşuların polisə şikayət etməsi nəticəsində C.C adlı 60 yaşlı qadının evini zibilin basdığı məlum olub.
Altınordu bölgəsində yaşayan qadının mənzilinə təmizlik işçiləri gəliblər. Onlar evin bütün künc-bucağını təmizləyiblər.
Mənzildən ümumilikdə 10 KamAz zibil çıxıb.
Toplanan tullantılar Altınordu Bələdiyyə əməkdaşları tərəfindən yük maşınlarına yığılıb və aidiyyatı yerə göndərilib.
