Icma.az
close
up
RU
613 min manatlıq BORC və Qarabağ qazilərinin YEYİLƏN HAQQI: Tolqa Şahinin CİNAYƏT İMPERİYASI FAKTLAR

613 min manatlıq BORC və Qarabağ qazilərinin YEYİLƏN HAQQI: Tolqa Şahinin CİNAYƏT İMPERİYASI FAKTLAR

Yenicag saytına istinadən Icma.az xəbər verir.

Tolqa Şahin adlı Türkiyə vətəndaşı Azərbaycanda iş adamlarına zərər vurub. Zərərin məbləğinin milyonlarla manat olduğuna dair iddialar var. Ancaq “Cənclik 94” MMC-nin direktoru Arzu Əliyevin başına gələnlər, sadəcə, iddia deyil, aşkar və rəsmi faktdır.

Tolqa Şahin Azərbaycanlı iş adamına 613 min manatdan çox zərər vurub.

Yenicag.az xəbər verir ki, bu barədə “Bizimyol.info” məlumat yayıb.

Bildirilib ki, Tolqa Şahin “Gənclik 94” MMC-nin Bakı şəhərinin Zabrat qəsəbəsində yerləşən anbarlarından müxtəlif tikinti materiallarını götürərək, qısa müddətdə ödəniş ediləcəyinə dair söz verib, amma pulu ödəməyib. Beləliklə, Tolqa Şahinin “Gənclik 94” MMC-yə nə az, nə çox, düz 613 min 601 manat borcu yaranıb. Rəsmi müqavilə, “Gənclik 94” MMC-nin müxtəlif vaxtlarda Tolqa Şahinə məxsus olan “Prefabrik” MMC-yə tikinti materiallarını verməsinə dair təhvil-təslim aktları da bunu təsdiqləyir. Üstəlik bu faktlar üzrə artıq rəsmi araşdırma da gedir. “Gənclik 94” MMC-nin direktoru Arzu Akif oğlu Əliyevin şikayəti əsasında 2024-cü il noyabrın 2-də Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Lakin bir neçə gündən sonra Tolqa Şahin axtarışa verilməklə, cinayət işi üzrə icraat dayandırılıb. Buna səbəb Tolqa Şahinin istintaqdan gizlənməsi olub. Dekabrın 25-də cinayət işi təzələnib və Tolqa Şahinlə əlbir olmaqda şübhəli bilinən Anar Arif oğlu Kərimov tutulub, ona Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə ittiham elan edilsə də, barəsində həbs-qətimkan tədbiri seçilməsi mümkün olmayıb və Anar Kərimov polisin nəzarəti altına verilib. Yəni ağır cinayət əməllərinə görə təqsirləndirilən şəxs azadlığa buraxılıb. Prokurorluq Anar Kərimovun həbsi ilə bağlı məhkəmə qarşısında vəsatət qaldırmaqdan nədənsə imtina edib.

Tolqa Şahin dələduzlardan ibarət şəbəkə qurubmuş.

Məlumdur ki, 178-ci maddə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməllərinə görə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Hazırda zərərçəkənlərdən aldığımız məlumata görə, cinayət işi 178.2.4-cü maddə ilə davam edir. Beləliklə, Tolqa Şahin və onunla əlbir olan şəxslər külli miqdarda zərər vurmaqda ittiham olunur. Həm də bu əməllər təkrar-təkrar törədilib.

Adını çəkdiyimiz Anar Kərimov “Arenol Construction” MMC-nin direktoru olub. “Gənclik 94”-dən tikinti materiallarını “Prefabrik” MMC-nin direktoru Nurlan Əlizamin oğlu Əmirahov təhvil alıb. Bu şirkətləri Tolqa Şahin təsis edib. Ancaq hələ bu da hamısı deyil; “A Frame”, “Lenora”, “Tikinti Materiall” MMC-lər də Tolqa Şahinə məxsus olub. Hər birinin də öz direktoru olub. Beləliklə, Tolqa Şahinin başçılığı ilə qurulmuş mütəşəkkil dəstədən söhbət gedir. Görünür, adamlar bilərəkdən, ya da bəlkə bilməyərəkdən bu əməllərə qoşulub. Nəticədə iri cinayətkar şəbəkə yaranıb. Məqsəd Azərbaycanlı iş adamlarını aldadaraq, əmlakını, pulunu əlindən almaq olub.

Anar Kərimov – Tolqa Şahinlə əlbir olmaqda şübhəli bilinən şəxs

Əldə etdiyimiz məlumata görə, Tolqa Şahinə məxsus “Prefabrik” MMC təsisçisi Azər İsmayılov, direktoru Tural Rəsulov olan “Cahid -T” MMC-yə də 319 min 500 manat borcludur. Bundan başqa Tolqa Şahinə məxsus şirkətlərdən biri Azərbaycanlı iş adamı Diana Quliyevanı da aldadıb: Diana Quliyeva daşına bilən modul tipli evlərlə bağlı sifariş verib, şifariş üzrə maliyyə öhdəliyinin 90 faizini də ödəyib. Ancaq Tolqa Şahin sifarişi tam və istənilən səviyyədə icra etməyib. Nəticədə Diana Quliyevaya 8 min manat dəyrində zərər dəyib.

Tolqa Şahin Qarabağ qazilərini də aldadıb.

Hazırda istintaqdan gizlənən Türkiyəli iş adamının Özbəkistanda da bir sahibkarı aldadıb 1 milyon 700 min manat dəyərində zərər vurduğu məlumdur. Azərbaycanda isə o daha çox insanın etibarından sui-istifadə edib. Tolqa Şahin hətta öz işçilərini də aldadıb; onların əməkhaqqılarını aylardır ki, vermir. Dələduzluqda təqsirləndirilən Türkiyəli “biznesmen”in qanunsuz əməllərindən zərər çəkmiş şəxslər arasında Qarabağ müharibəsinin qaziləri də var.

“Gənclik 94”-dən aldığımız məlumata görə, Tolqa Şahin onun şirkətində işləmiş Qarabağ qazisi Əli Rzayevə 3 min manata yaxın pul ödəməlidir, ancaq ödəmir. Eləcə də, “Arenol”da işləmiş Ramilə Ayvazovaya 3 min 600 manat, “Prefabrik” MMC-nin keçmiş aparıcı mühasibi Tural Qasımova 2 min 100 manat, memar Fuad Behbudova 8 min manat, Ramil Qasımova 650 manat, Niyaməddin Novruzova 750 manat ödəməlidir. Tolqa Şahin hətta şirkətinin xadiməsinə də borcludur; onun Osmanova Azadə Söhrab qızına 1756 manat verəcəyi var.

Doğrudur, Tolqa Şahinin işçilərinə borcu rəsmi protokolla “Bakı Abadlıq Xidməti” MMC-yə ötürülüb, həmin şirkət bu borcun bir hissəsini ödəyib, qalan hissəsini də ödəyəcəyinə söz verib.

İstintaqdan gizlənən Tolqa Şahinlə “Bakı Abadlıq Xidməti”ni nə birləşdirir?

Sual olunur: dələduzluqda ittiham olunan, istintaqdan gizlənən, hazırda axtarışda olan Tolqa Şahinlə “Bakı Abadlıq Xidməti” MMC-ni nə birləşdirir?

Məsələ ondadır ki, anlaşmaya əsasən “Bakı Abadlıq Xidməti” MMC podrat işlərini Tolqa Şahinə məxsus “Lenora” MMC və Prefabrik” MMC (keçmiş adı “Arenol Group”) şirkətlərinə həvalə edib. Həmin şirkətlər 2022-ci ilin sonundan 2023-cü ilin sonuna qədər “Bakı Abadlıq Xidməti” MMC üçün ümumi dəyəri ƏDV daxil 10 milyon 10 min 243 manat olan podrat işləri görüblər. Bu məbləğin 9 milyon 656 min 243 manatı Tolqa Şahinin şirkətlərinə ödənilib. Hazırda “Bakı Abadlıq Xidməti” MMC-nin Tolqa Şahinə 354 min manat borcu qalıb. Bunu təsdiq edən rəsmi sənəd də var.

Arzu Əliyev deyir ki, həmin 354 min manat özünün direktoru olduğu “Gənclik 94” MMC-yə ödənilməlidir. Çünki “Bakı Abadlıq Xidməti” Tolqa Şahinə borclu olduğu kimi, Tolqa Şahin də “Gənclik 94”-ə borcludur. Ancaq “Bakı Abadlıq Xidməti” ilə Tolqa Şahin arasında “Gənclik 94” MMC-yə olan borcun ötürülməsinə dair protokol yoxdur. Buna görə “Gənclik 94” öz pulunu “Bakı Abadlıq Xidməti” MMC-dən deyil, Tolqa Şahindən tələb edə bilər. Bunun üçün də polisə şikayət edib. Arzu Əliyev də təsdiqləyir: “İstintaq Tolqa Şahini tapıb üzə çıxarmalıdır, o da öz növbəsində “Gənclik 94″-ə olan borcunu bağlasın”.

Bu borc isə az deyil: 613,6 min manatdır. Yəni yarım milyon manatdan çox.

Tolqa Şahinin ölkədən çıxışına qadağa qoyulub.

Arzu Əliyev deyir ki, Tolqa Şahin onları aldatdığına, aldığı materialların pulunu ödəmədiyinə görə “Gənclik 94” də başqalarına borclanıb. Üstəlik yeni bir iş görməkdə də çətinlik çəkir. Buna görə də Arzu Əliyev dövlətdən kömək istəyib.

Onun sözlərinə görə, Tolqa Şahinin ölkədən çıxışına qadağa qoyulub; Türkiyəli iş adamı Azərbaycandadır. Hətta votsap tətbiqi üzərindən və xarici nömrədən öz adamlarına zəng edir. Ancaq yerini hələ də müəyyən etmək mümkün olmayıb.

Tolqa Şahinin arxasında kimlər dayanıb?

Arzu Əliyevin dediyinə görə, Tolqa Şahin özü arxasında böyük qüvvələrin dayandığını deyir, istintaqa gəlməkdən boyun qaçırır. Azərbaycan Respublikasının qanunlarına və qanuni orqanlarına hörmətsiz yanaşır.

Tolqa Şahinin qanunsuz əməlləri və istintaqdan gizlənməsi ilə bağlı şikayətlər müvafiq yuxarı instansiyalara da göndərilib. Ancaq hələ də bir nəticə yoxdur.

Tolqa Şahinin əməllərindən zərər çəkən iş adamları təəccüblənir: necə olur ki, Azərbaycan hüquq-mühafizə orqanları Azərbaycanda cinayət törədib, başqa ölkələrdə gizlənən şəxsləri tapır, tutub gətirir, ancaq ölkənin içində Tolqa Şahini tapa bilmir?!

P.S. Əgər Tolqa Şahinin dediyi kimi, onun arxasında böyük qüvvələr durubsa, bu qüvvələr dövlətin özündən də böyük deyil ki! Dövlətin üzərinə düşən öhdəlik isə Türkiyədən gəlib, Azərbaycanda iş adamlarını aldadaraq, yüz minlərlə, hətta milyonlarla manat məbləğlərində zərər vuran Türkiyəli iş adamını tapıb, zərərləri ödətdirməkdir. Xüsusilə külli miqdarda dələduzluq əməllərində ittiham olunan Tolqa Şahini isə hələ tapmaq mümkün olmayıb.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 13 Mart 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see239

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see234

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see228

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see218

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see199

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see171

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see167

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see163

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see150

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see143

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see142

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see139

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see138

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see137

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see137

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see133

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see133

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see133

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see132

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri