Icma.az
close
up
RU
6200 dan artıq istifadəçi hakerlərin qurbanına çevrilib Dövlət xidməti

6200 dan artıq istifadəçi hakerlərin qurbanına çevrilib Dövlət xidməti

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarını mövcud və yarana biləcək təhlükələrdən qorumaq məqsədilə informasiya təhlükəsizliyi üzrə audit və monitorinqləri davam etdirir.

"Unikal" xəbər verir ki, dövlət qurumlarının əməkdaşları üçün həyata keçirilən “Kibergigiyena layihəsi”nə, “İnformasiya təhlükəsizliyinin təmini üzrə Təlimat”ın tətbiqinin təşviq edilməsinə, eləcə də həyata keçirilən digər maarifləndirmə tədbirlərinə baxmayaraq, cari ilin birinci yarımili ərzində 47 dövlət qurumunun 95 əməkdaşı kibergigiyena qaydalarına riayət etmədiyinə görə haker hücumlarının qurbanına çevrilmişlər.

Qeyd etmək lazımdır ki, hakerlərin hədəfinə çevrilmiş dövlət qulluqçularının 16% admin səlahiyyətli əməkdaşlar olmuşdur ki, bu da ciddi narahatlıq doğurmaqla yanaşı, həmin dövlət qurumlarında daxili informasiya təhlükəsizliyinə nəzarətin kifayət qədər olmadığını və bu sahədə zəruri addımların atılmadığını göstərir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən həmin dövlət qurumlarına müvafiq tədbirlərin görülməsi üçün məlumat verilmişdir.

Bununla yanaşı internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər. Belə vətəndaşlar haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatlarının da hakerlərin əlinə keçməsinə şərait yaradırlar. 2025-ci ilin birinci yarımilində hakerlərin qurbanına çevrilmiş dövlət xidməti istifadəçiləri olan vətəndaşların sayı 6164 olmuşdur.

Elektron Xidmət Təminatçısı

Vətəndaş

1

Dövlət İmtahan Mərkəzi

2406

2

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

2101

3

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

692

4

Daxili İşlər Nazirliyi

341

5

Dövlət Miqrasiya Xidməti

216

6

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

109

7

Səhiyyə Nazirliyi

100

8

İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi

60

9

Xarici İşlər Nazirliyi

30

10

Dövlət Gömrük Komitəsi

24

11

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

24

12

Dövlət Statistika Komitəsi

20

13

Maliyyə Nazirliyi

17

14

Ədliyyə Nazirliyi

8

15

Məhkəmə-Hüquq Şurası Məhkəmə Portalı

4

16

Elmin İnkişafı Fondu

4

17

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

2

18

Auditorlar Palatası

1

19

Elm və Təhsil Nazirliyi

1

20

Azərbaycan Standartlaşdırma İnstitutu

1

21

Azərenerji ASC

1

22

Dövlət Reklam Agentliyi

1

23

Milli Depozit Mərkəzi

1

*

HAKERLƏRİN QURBANINA ÇEVRİLMİŞ DÖVLƏT XİDMƏTLƏRİNDƏN İSTİFADƏ EDƏN VƏTƏNDAŞLARIN SAYI

6164

 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti artan kibertəhdidlərə qarşı etibarlı mühafizənin təşkili və fərdi kibergigiyenanın gücləndirilməsi məqsədilə dövlət qurumlarına daxili informasiya təhlükəsizliyinə nəzarəti gücləndirməyin, mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağın vacibliyini bir daha xatırladır.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti eyni zamanda vətəndaşlara fərdi qaydada antiviruslardan istifadə etməyi, o cümlədən kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi, saxta domenlər barədə məlumatları “blacklist.gov.az” platformasına göndərməyi tövsiyə edir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 İyul 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see345

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see266

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see247

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see176

“Mən onun nə istədiyini bilirəm”

15 Oktyabr 2025 00:45see147

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see141

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see141

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see138

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see128

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see126

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see125

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see124

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see123

Şarm əl Şeyx sammiti: Yaxın Şərq üçün yeni tarix

15 Oktyabr 2025 12:20see122

7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

15 Oktyabr 2025 01:22see122

ABŞ də şatdauna son qoymaq cəhdi növbəti dəfə nəticəsiz qaldı

15 Oktyabr 2025 04:46see121

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see120

Leyla və Arzu Əliyeva beynəlxalq incəsənət sərgisinin açılışında FOTO

15 Oktyabr 2025 09:54see120

ABŞ Senatı respublikaçıların maliyyə qanun layihəsini səkkizinci dəfə rədd edib

15 Oktyabr 2025 03:14see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri