“Bu il Azərbaycan Premyer Liqasında mübarizə çox maraqlı olacaq”
futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Rumıniya II Liqasında mübarizə aparan “Konkordiya”da məşqçiyəm. A kateqoriyalı lisenziyanı bitirmək üzrəyəm və yayda Pro kateqoriyası üçün başlayacağam”.
Bu sözləri “Zirə”nin sabiq futbolçusu Adrian Skarlatake “Futbolpress.az“a açıqlamasında bildirdi. Mütəxəssis Azərbaycan Premyer Liqasının oyunlarını izlədiyini qeyd etdi və çempionatla bağlı fikirlərini bölüşdü:
“Vaxt olduqca oyunları, daha sonra icmalları izləyirəm. Bir çox komandanın matçlarına baxmışam. “Sabah” yaxşı nəticə göstərir və bu, sürpriz deyil. Onların gördükləri müəyyən işlər var. “Qarabağ”la çempionluq yarışındadır. Sabiq klubum “Zirə” isə stabil kollektivdir və hər il, “üçlük”də olurlar. Düşünürəm ki, bu il Azərbaycan Premyer Liqasında mübarizə çox maraqlı olacaq və çempionatı yaxından izləyəcəm”.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 16 Yanvar 2026 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















