Icma.az
close
up
RU
63 yaşlı nənə 16 yaşlı nəvəsi ilə eyni məktəbdə oxuyur

63 yaşlı nənə 16 yaşlı nəvəsi ilə eyni məktəbdə oxuyur

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkə.az xəbər verir ki, “Azərbaycan müəllimi” eyni liseydə fərqli ixtisaslar üzrə təhsil alan 63 yaşlı nənə və 16 yaşlı nəvə ilə söhbətləşib.

“Babam və atam elektrik olduqları üçün mən də bu peşəyə yiyələnmək istədim” 

Liseyin “Elektrik xəttlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis” ixtisasında təhsil alan tələbə bu ixtisası seçməsində ailəsinin mühüm rol oynadığını deyir: “Babam və atam elektrik olduqları üçün mən də bu peşəyə yiyələnmək istədim”, – deyən İlqar İsmayılov 2010-cu ildə Şərur rayonunda anadan olub.

Nənəsinin də onunla eyni liseydə təhsil aldığını eşidəndə çox sevindiyini söyləyən İlqar üçün bu, həm də ailə üzvü ilə yeni bir təcrübəni bölüşmək deməkdir: “Nənəmlə bir yerdə təhsil almağıma çox şad oldum. Bir evdən iki nəfərin, həm nənəmin, həm də mənim eyni liseyə getməyimiz  çox gözəl hissdir”. 

İlqar deyir ki, liseydə dostlarının nənəsinin də burada oxumasına təəccübləndiyi hallar olub. Evdə isə onların söhbətləri əsasən seçdikləri ixtisaslar, dərslərdə öyrəndikləri yeniliklər və gündəlik təcrübələri ətrafında olur: “Evdə ixtisaslarımız haqqında danışırıq, çox gözəl söhbətlərimiz olur, xoş məqamlar yaşayırıq. Bəzən bir-birimizin ixtisası ilə maraqlanırıq”.

Nəvəsi nənəsinin yenidən təhsil almaq qərarını da müsbət qarşılayır: “Yaşına baxmadan, nənəm təhsilin əhəmiyyətini anlayır və onu davam etdirir. Elə günlər olur ki, dərsə getmək istəməyəndə məni həvəsləndirir. Demək olar ki, çox vaxt o, mənə stimul verir”. 
İlqar elektrik peşəsi üzrə təhsilini davam etdirmək istəyir. Nənəsi ilə eyni məktəbdə oxumağın onun üçün ən gözəl tərəfi isə birlikdə gedib-gəlmək və birgə təhsil almaqdır. 

“Fəxr edirəm ki, nənə-nəvə birlikdə təhsil alırıq”

Nənə isə nəvəsindən fərqli olaraq, həyatının bu mərhələsində yeni bir peşə öyrənmək qərarına gəlib. 

Elza İsmayılova Şərur rayonunun Tumaslı kəndində anadan olub. 1963-cü il təvəllüdlü müsahibimizin üç övladı və altı nəvəsi var. İndiyədək heç bir yerdə işləməyib, hazırda isə Şərur rayonunda yaşayır.

“Aşpazlıq” ixtisasını seçməsi təsadüfi deyil. Yemək bişirməyə əvvəldən marağı olduğunu deyən nənə peşə liseyinə gəldikdən sonra bu marağın daha da artdığını söyləyir: “Əvvəldən yemək bişirməyə meylim var idi. Bura gəlib-getdikcə marağım daha da artdı. İstədim ki, yaxşı yeməklər hazırlayım. Burada oxuduqca öyrəndim ki, bu işin öz qaydaları, bilməli olduğum çox şey var”.
Elza nənə söyləyir ki, illərlə evdə yemək hazırlamaq təcrübəsi olsa da, peşə təhsili ona yeni biliklər qazandırıb. Ailə üçün bişirilən yeməklərlə peşəkar aşpazlıq arasında fərqə gəlincə, “evdə hər şey daha sadə idi”, - deyir: “Burada isə daha yaxşı öyrəndim. Kitablardan da öyrənirəm, qazandığım biliklər çoxdur”.

Peşə təhsili almaq qərarını isə ailəsi müsbət  qarşılayıb. Nənə bu addımın onun üçün yeni imkanlar yaradacağını düşünür: “Bu yaşımda da öyrənmək istəyirəm. Bəlkə, bundan sonra hansısa iş yerində işləyə bilərəm”.

O, nəvəsi ilə eyni liseydə təhsil almasına görə isə çox sevinir: “Nəvəmlə eyni liseydə oxumaq çox yaxşıdır. Fəxr edirəm ki, nənə-nəvə birlikdə təhsil alırıq.  Nəvəm öz ixtisası, mən də aşpazlıq barədə danışıram. Hansı işləri gördüyümüzü, nə öyrəndiyimizi bir-birimizə söyləyirik. Evdə bu barədə söhbətlər edirik. Hətta bir iş görmək lazım olanda, zarafat da edirik ki, mən də oxuyuram, dərsdən gəlmişəm yorğunam, sən gör”.  

Maraqlıdır ki, onlar bir-birlərinə dəstək olur, öyrənmək həvəslərini artırırlar. Elza İsmayılova üçün yaş yeni peşə öyrənməyə maneə deyil. Əksinə, o, təhsil almaqdan məmnundur və bu imkandan yararlanmağı başqalarına da tövsiyə edir:

“Yox, yaşım mənim üçün maneə deyil. Oxumaqdan çox xoşum gəlir. Təhsil almağa yenidən başlamaq istəyən yaşıdlarıma deyərdim ki, gəlsinlər, bu peşəni öyrənsinlər. Bu, yaxşı şeydir. Hər yaşda öyrənmək maraqlı və gözəldir”.

Gələcək planlarına gəlincə, nənə aşpazlıq sahəsində özünü inkişaf etdirmək, öyrəndiklərini tətbiq etmək və işləmək istəyir. Onun arzusu peşə məktəbində qazandığı biliklərlə yaxşı yeməklər hazırlamaq, gələcəkdə iş taparaq bu sahədə fəaliyyət göstərməkdir.

Liseydə birlikdə təhsil almaq, yeni insanlarla ünsiyyət qurmaq da onun üçün gözəl xatirədir. 

Eyni evdən çıxaraq fərqli ixtisaslar üzrə təhsil alan nənə və nəvənin hekayəsi göstərir ki, peşə öyrənmək üçün yaş fərqi əngəl deyil. İlqar ailəsindəki elektrik ənənəsini davam etdirmək, nənəsi isə illərdir maraq göstərdiyi aşpazlıq sahəsində biliklərini artırmaq istəyir. Onları birləşdirən isə öyrənmək həvəsi, gələcəyə dair planları və bir-birlərinə verdikləri dəstəkdir.

Şərur Peşə Liseyində nənə ilə nəvəni yaxından tanıyaraq bir daha şahid olduq ki, təhsilin, peşə seçiminin və öyrənmək istəyinin yaşı yoxdur. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Oktyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri