Icma.az
close
up
RU
650 min km dən çox yol qət edə bilən 12 işlənmiş avtomobil

650 min km dən çox yol qət edə bilən 12 işlənmiş avtomobil

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amerikalı analitiklər böyük təmirə ehtiyac olmadan 650 min kilometrdən çox yol qət edə bilən ikinci əl avtomobillərin reytinqini tərtib ediblər.

Lent.az xəbər verir ki, işlənmiş avtomobil bazarı ənənəvi olaraq alıcıları cəlb edir. Üstünlüyü daha münasib qiymətlər, geniş seçim imkanı və uzun illər xidmət göstərə biləcək maşın tapmaq şansıdır. Lakin əsas sual həmişə eyni qalır: baha başa gələcək nasazlıqlardan qaçmaq üçün hansı modeli seçmək lazımdır?

Reytinqdə əsasən yapon modelləri üstünlük təşkil edir və xüsusilə “Toyota”nın dominantlığı hiss olunur. Uzunömürlü hesab edilən avtomobillər bunlardır:

“Toyota Avalon” – flaqman sedan; “Toyota Tacoma” – orta ölçülü pikap; “Toyota Sienna” – böyük ailələr üçün miniven; “Toyota Sequoia” – iri yolsuzluq avtomobili.

Ayrıca bir qrupu “Honda” modelləri təşkil edir, onlar da özlərini uzunömürlü və etibarlı kimi göstəriblər:

“Honda Accord” – orta sinif sedan; “Honda Pilot” – üç cərgəli SUV; “Honda Odyssey” – ailə miniveni; “Honda Civic” – kompakt hetçbek.

Siyahıya həmçinin Amerika istehsalı avtomobillər də daxildir. Bunlara ABŞ-ın ən populyar pikaplarından sayılan “Ford F-150”, eləcə də iri yolsuzluq avtomobili “Ford Expedition” daxildir.

Digər modellər arasında aktiv istirahət üçün yaradılmış universal “Subaru Outback” və yüksək dözümlülük nümayiş etdirən büdcə dostu koreya sedanı “Hyundai Elantra” var.

Mütəxəssislərin qiymətləndirməsinə görə, 650 min kilometrlik yürüş təxminən 25–30 il adi avtomobil istifadəsinə bərabərdir. Bu isə o deməkdir ki, siyahıya daxil edilmiş modellər bir neçə sahib dəyişsə belə, onilliklər boyu işlək vəziyyətdə qala bilər.

Bununla yanaşı, siyahıda adətən yüksək keyfiyyətlə əlaqələndirilən Avropa premium markaları yoxdur. Analitiklər vurğulayırlar ki, avtomobilin real etibarlılığı onun markasının statusu ilə deyil, uzunömürlülüyünü təsdiq edən statistika ilə ölçülür

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Sentyabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri