Zaxarova NATO nu ittiham etdi
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun Avropanın və bütövlükdə dünyanın təhlükəsizliyinə mənfi təsir göstərdiyini iddia edib.
Diplomat bu barədə Almaniya kansleri Fridrix Mertsin NATO-nun təhlükəsizlik arxitekturasındakı rolu ilə bağlı açıqlamasını şərh edərkən danışıb. Onun fikirlərini TASS yayıb.
Zaxarovanın sözlərinə görə, NATO Avropanın, xüsusilə də Qərbi və Mərkəzi Avropanın, eləcə də dünyanın "immunitetini zəiflədir”.
Diplomat Alyansı xəstə dişə bənzədərək bildirib ki, təşkilat təhlükəsizlik problemlərinə reaksiya vermək üçün nəzərdə tutulan böyük həcmdə resursları özünə yönəldib.
Qeyd edək ki, bundan əvvəl Rusiyada ABŞ-ın NATO-dan narazılığı ilə bağlı müzakirələr aparılmışdı. Zaxarova Qrenlandiya məsələsinin Vaşinqtonun istədiyi ssenari üzrə həll olunmadığını, ABŞ-ın dəstəyə ehtiyac duyduğu vaxt isə Alyansın ona kömək etmədiyini iddia etmişdi.
///sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 15 Noyabr 2026 06:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















