Icma.az
close
up
RU
650 qramlıq körpə doğuldu FOTO

650 qramlıq körpə doğuldu FOTO

Medicina portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Türkiyədə 24 həftəlik 650 qram çəkidə və 33 santimetr boyunda dünyaya gələn Leyla İlge Yalçın həyata tutunub.

Medicina.az xəbər verir ki, Duygu Yalçın və Ali Yalçın, 6 fevral 2023-cü ildə baş verən böyük zəlzələdə evləri və iş yerləri dağıldıqdan sonra Antalyaya köçüblər.

Burada yeni bir həyat quran cütlük, valideyn olmağın həyəcanını yaşayırdılar.


Duygu Yalçın, 650 qram çəkidə olan körpəsini görəndə çox ağladığını ifadə edib:

"Nə baş verdiyini başa düşə bilmədik. Çox qorxduq. Çünki o, həqiqətən kiçik idi. Yenidoğulmuşların reanimasiya şöbəsində idi. Cihazlara qoşulmuşdu".

Doğulanda körpəsini belə qucağına ala bilmədiyini deyən ata Yalçın əlavə edib:

"Çox çətin idi. Bunu təsvir edəcək söz yoxdur. Sözlərlə izah edə bilmərəm. Bu, bizim üçün çox çətin bir an idi. Qızımızı ilk dəfə küvəzdə gördük. Çünki çox sürətli müdaxilə tələb olunurdu."


Üç həftə sonra ilk dəfə "Leyloş" adlandırdıqları körpəsini qucağına aldığını deyən Duyğu Yalçın bildirib:

"Bu, sözlə ifadə edilə bilməyən çox gözəl bir hiss idi. Körpəmizi ilk dəfə qucağıma alanda nə qədər güclü olduğunu hiss etdim. 800 qrama çatmışdı.

Onu qucağıma alanda alt köynəyimin içinə sığdı. O qədər kiçik idi ki, hətta qucağıma belə ala bilmirdim. Tibb bacılarımız kömək etdi. Onu mənə verəndə heç tərpənə bilmədim. O anda nə qədər güclü olduğunu hiss etdim."

Aygün

Medicina.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 02 İyun 2026 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri