“657 min nə puldur ki?”
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Aktyor Şəhriyar Əbilov həmkarı Azər Aydəmirə ayrılan 657 min manatdan danışıb.
Milli.Az xəbər verir ki, "Musavat TV"-yə açıqlama verən sənətçi Aydəmirə dəstək olub:
"657 min manat tarixi film üçün nədir ki? Xaricdə böyük büdcələr xərclənir. Biz sevinməliyik. Azər o pulu cibinə qoymayıb ki".
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) "Aydəmir Entertainment" şirkəti ilə nəhəng müqavilə bağlayıb.
Müqavilədə "Çar skiflər: Aşquz dövləti" adlı tammetrajlı bədii-sənədli filminin istehsalının həyata keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri isə 657 000 manat müəyyənləşib.
Audiovizual sənaye sahəsində fəaliyyət göstərən "Aydəmir Entertainment" şirkəti 2024-cü ilin dekabrın 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri və qanuni təmsilçisi tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir Rauf oğludur.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 03 Mart 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















