Icma.az
close
up
RU
“Biz əziyyət çəkmişik, indi növbə sizindir”: Kanada “sevgisi”

“Biz əziyyət çəkmişik, indi növbə sizindir”: Kanada “sevgisi”

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kanadada mühafizəkarların növbəti təşəbbüsü – miqrasiya kvotalarının azaldılması, müvəqqəti iş icazələrinin yenidən nəzərdən keçirilməsi və ya sərhədlərə nəzarətin sərtləşdirilməsi barədə xəbərlər yayılan kimi rusdilli və ukraynadilli yerli sosial şəbəkə qruplarına nəzər salıram. Hər dəfə eyni hissi keçirirəm: qəribə, adamı narahat edən bir utanc hissi.

Bu, Ottavadakı siyasətçilərə görə deyil. Onların işi bəllidir: bahalaşan mənzillərdən, xəstəxanalardakı növbələrdən narazı olan insanların əhvalını tutmaq və bunu seçki səslərinə çevirmək. Böyük siyasətdə nə sentimental hisslərə, nə də şəxsi nifrətə yer var. Orada hər şey reytinqlərin soyuq hesablamasından ibarətdir.

Əsl utancverici məqam isə şərhlərdə üzə çıxır. Özü də bu sərt miqrasiya siyasətini böyük həvəslə dəstəkləyənlər arasında vaxtilə – 10, 15, hətta 20 il əvvəl iki çamadan və çaşqın baxışlarla Torontoya gəlmiş özümüzünkülər də var.

“SİZƏ HƏR ŞEY HAZIR VERİLİB”

Mən Kanadaya 2023-cü ildə gəlmişəm. Nə çəhrayı eynəklərim vardı, nə də məni orkestr sədaları altında qarşılayacaqlarını gözləyirdim. Yetkin insanam, əlimlə işləməyi bacarıram və həmişə yalnız öz gücümə arxalanmışam. İlk gündən işə başlamışam: tikintidən və mürəkkəb təmir işlərindən tutmuş, səhvin cəmi bir neçə millimetr olduğu halda bütün işi korlaya biləcəyi obyektlərdə detalların dəqiq uyğunlaşdırılmasına qədər.

Dövlətin hesabına yaşamamışam, heç kimdən dilənməmişəm. İlk aydan etibarən burada hamı kimi vergimi ödəmişəm.

Amma Vona və ya Nort-Yorkda yaşayan soydaşlarımızın yerli çatlarına daxil olan kimi özüm haqqında çox maraqlı şeylər öyrəndim. Məlum oldu ki, kirayə qiymətlərinin kəskin artmasının səbəbkarı mən və mənim kimilərik. Guya bizə “hər şey hazır şəkildə təqdim olunub”, halbuki “biz burada illərlə belimizi əymiş, immiqrasiya balları toplamış, IELTS imtahanı vermişik”.

Bunları oxuyanda hər dəfə öz-özümə sual verirəm: müharibədən, səfərbərlikdən və siyasi təqiblərdən qaçan insanlara həsəd aparmaq üçün adamın daxilində nə qırılmalıdır?

Bəli, biz uzun illər səfirliklərdə növbə gözləmədən, təcili miqrasiya proqramları vasitəsilə gəlmişik. Amma gəlin səmimi olaq: bu “köhnə sakinlərdən” hansı biri mənimlə və ya 2022–2023-cü illərdə Kanadaya gəlmiş minlərlə ukraynalı və rusiyalı ilə yerini dəyişməyə razı olardı?

Bir günün içində əvvəlki həyatının alt-üst olduğunu anlamaq, evini, qurduğun işi, alışdığın mühiti, yaxınlarını geridə qoymaq, naməlum istiqamətə uçan təyyarəyə minmək və yetkin yaşında hər şeyə yenidən başlamaq… Özü də elə bir ölkədə ki, zirzəmi mərtəbəsindəki mənzilin kirayə haqqı on il əvvəl bütöv bir evin ipoteka ödənişinə bərabərdir. Bütün bunları “asan miqrasiya” adlandırmaq üçün insanın ya düşüncəsi çox məhdud, ya da ürəyi daş kimi olmalıdır.

RƏQABƏTDƏN QORXMAQ

Məsələnin mahiyyətinə bir qədər dərindən baxanda Kanadanın gələcəyi ilə bağlı guya böyük narahatlığın və mühafizəkarların sərt tədbirlərinə dəstəyin arxasında daha sadə bir səbəb dayanır: rəqabət qorxusu. 2022–2023-cü illərdə Kanadaya çoxlu bacarıqlı, enerjili və işgüzar insanlar gəldi. Ustalar, inşaatçılar, mühəndislər, sahibkarlar… Onlar sürətli və keyfiyyətli işləməyə, nəticəyə görə məsuliyyət daşımağa öyrəşmişdilər.

Diaspor daxilində illərdir formalaşmış rahat bazarda, bəzilərinin keyfiyyətsiz iş görüb bunun müqabilində “özümüzünküdür” prinsipi ilə həddindən artıq pul qazanmağa alışdığı mühitdə birdən-birə rəqabət gücləndi. Belə vəziyyətdə “artıq bu qapını bağlamaq, hamını geri göndərmək vaxtıdır” şüarını dəstəkləmək, özünün rəqabətə davam gətirə bilmədiyini etiraf etməkdən daha asandır.

KANADA PASPORTLU “DEDOVŞİNA”

Orduda köhnə bir problem var: yeni gələn əsgərlərə ən çox nifrət edən bəzən serjant yox, cəmi altı ay əvvəl özü kazarmada döşəmə silən əsgər olur. Miqrasiyada da bu cür “dedovşina” geniş yayılıb. Məntiq çox sadə və bəsitdir: “Mən burada əziyyət çəkmişəm, qapı-qapı düşmüşəm, qəpik-quruşa işləmişəm. Deməli, siz də eyni alçalmanı yaşamalısınız. Əks halda, bu, ədalətsizlik olar”.

Ən ironik məqam isə budur ki, bugünkü “köhnə kanadalılar”a vaxtilə 1970-ci illərdə və ya 1990-cı illərin əvvəllərində gələnlər də eyni münasibəti göstərirdilər. Onlar da burunlarını qırışdırır, barmaqlarını gicgahlarında fırladır, “yenə də axışıb gəldilər, məhəlləni korladılar, qiymətləri aşağı saldılar” deyə şikayətlənirdilər.

Aradan 15 il keçdi. Dünənki yeni gələnlər şəhərətrafında ev aldılar, böyük pikaplara mindilər və indi özlərindən sonra gələnlərin üzünə eyni təkəbbürlə qapını bağlayırlar.

Ottavadakı siyasətçilər öz siyasi oyunlarını davam etdirəcəklər. Bu gün onlara miqrasiya qaydalarını sərtləşdirmək sərf edir, sabah işçi qüvvəsinə ehtiyac yarananda yenidən qapıları açacaqlar.

Amma həyatının ən çətin anında səninlə eyni dildə danışan insanların nə qədər xırda düşüncəli və qəddar ola bildiyini görmək tamam başqa məsələdir.Bunu nə siyasi proqramla, nə də iqtisadi vəziyyətlə izah etmək mümkündür.

Çünki insanın ən çətin günündə ona yadlardan deyil, özümüzünkülərdən gələn zərbə yaddaşdan heç vaxt silinmir.

Müəllif: İqor Sidorçuk

Təqdim etdi: Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Noyabr 2026 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see365

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see281

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see269

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see257

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see255

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see240

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see238

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see232

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see232

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see226

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see221

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see221

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see204

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see205

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see203

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see203

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see198

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see191

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri