Icma.az
close
up
RU
7 gün işdə, 7 gün evdə... Ötən ilin son həftəsini fasiləsiz işləmək işçiyə də, sahibkara da təsir etdi

7 gün işdə, 7 gün evdə... Ötən ilin son həftəsini fasiləsiz işləmək işçiyə də, sahibkara da təsir etdi

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Adətən Nazirlər Kabineti bayramlar öncəsi iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qərar verir. 2024-cü ilin sonlarında da belə bir qərar verildi. 7 gün fasiləsiz işləmək və ardınca 7 gün fasiləsiz istirahət etməklə bağlı verilən qərar, sözün əsl mənasında hamımıza təsir etdi. Belə ki, 7 gün yorucu iş günündən sonra 7 gün fasilə edib, yenidən iş həyatına dönmək elə də asan olmadı. Bəlkə elə bu səbəbdəndir ki, bu yazının ərsəyə gəlməsi də "gec" alındı.

Maraqlı qərar idi və ən əsası Azərbaycanda ilk dəfə idi ki, belə "uzunmüddətli" bir qərar verilirdi. Çünki 7 gün işləmək asan məsələ deyildi. Ona görə yox ki, biz tənbəlik və ya beynimiz işləməyə fokuslanmır. Ona görə ki, bizim bir bioloji saatımız var və şüurumuz da 5 gün işləməyə fokuslanıb. Mütəxəssislərin fikrincə, bu da əslində qanundan "kənar" verilmiş bir qərar idi.

Əmək fəaliyyəti ilə bağlı məsələlər üzrə ekspert Valeh Umarov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məsələ əslində Konstitutsiyamızın 37-ci maddəsində yer alıb. 37-ci maddəyə görə, işçilər gündə 8 saat çalışmalıdır, işçinin istirahət və bayram günü təmin edilməlidir.

Valeh Umarov qeyd edib ki, Əmək Məcəlləsinin 104-cü maddəsinin 1-ci bəndində də bu barədə məsələ yer alıb. Yəni əslində qanunvericilik 7 günlük iş həftəsinə icazə vermir, çünkü işçi maksimum 6 gün işləyə bilər. Ekspert əlavə edib ki, qanunla bayram və iş günlərinin yeri iş həftəsi 6 gün olmaqla dəyişdirilə bilər.

“Bu qərar işəgötürən üçün yaxşı deyil. Çünki 7 günlük istirahət işdə fasiləyə və işin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Məsələn, 5 günlük iş prinsipi ilə işləyən bir müəssisə normal iş tempini tutmuş olur. İş günləri ilə istirahət günlərinin yeri dəyişdiyi zaman bəzi mənfi hallar özünü biruzə edə bilər. İşçi ardıcıl günlərdə daha çox istirahət etməklə yanaşı, ardıcıl olaraq da işləməyə məcbur qalır. Bu vəziyyət işçiyə həm fiziki, həm də psixoloji zərər verə bilər”-deyə Valeh Umarov vurğulayıb.

Ekspert qeyd edib ki, 5 gün işləyən işçi buna öyrəşdiyi üçün 7 gün işləmək çətin olur, bununla yanaşı 7 gün fasilədən sonra işçinin işə yenidən adaptasiya olması zaman alır və burada psixoloji faktor özünü daha çox göstərir.

P.S. İstər yaxşı olsun, istər zərərli 2024-cü ilin dekabr ayının son həftəsini unutmaq hələ uzun müddət çətin olacaq. Sosial şəbəkələrdə qarşıma tez-tez bu ifadə çıxırdı: “7 gün də işləmək olar?”

Tənbəl deyilik, insanıq sadəcə...

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Yanvar 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri