7 ölkə Rusiya pasportuna qadağa qoydu
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Bir sıra ölkələr Rusiya Federasiyasının biometrik olmayan pasportlarını qəbul etməyi dayandırıb.
Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunlar Danimarka, Malta, Çexiya, İslandiya, Norveç, Litva və Estoniyadır. Bu ildən həmin ölkələr biometrik olmayan pasportlardan istifadəyə tam qadağa tətbiq ediblər.
Moskva Dövlət Hüquq Universiteti nəzdində fəaliyyət göstərən Hüquqşünas Bloqerlər Birliyinin üzvü Qalina Zemskova bildirib ki, Fransa da qadağa tətbiq edib, lakin bəzi istisnalar mövcuddur:
15 yaşdan kiçik uşaqların girişinə icazə verilir;
1 iyun 2025-ci ildən əvvəl alınmış Şengen vizası olan şəxslər ölkəyə daxil ola bilərlər.
Finlandiya da bu ilin yayının əvvəlindən oxşar tədbirlər tətbiq etməyi planlaşdırır. İstisnalar isə:
18 yaşdan kiçik şəxslərə;
1 iyun 2026-cı ildən əvvəl verilmiş Finlandiya yaşayış icazəsi olanlara aid olacaq.
Bundan əlavə, Finlandiya vizası sahibləri üçün ilin sonuna qədər keçid dövrü qüvvədə qalacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 11 May 2026 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















