“Enterprise Azerbaijan” portalı 70 dən çox startapı investorlara təqdim edəcək
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 28 oktyabr, AZƏRTAC
Bakıda startaplar, investorlar, sahibkarlar və innovasiya ekosisteminin nümayəndələri bir araya gələcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı tərəfindən həyata keçirilən “Startup School 4: Five Continents – 500 Startups” qlobal innovasiya proqramının finalı – “Demo Day” tədbiri baş tutacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Startup School 4” proqramı 5 qitəni əhatə edən tərəfdaşlıq şəbəkəsi ilə 15 ölkədən müraciət etmiş 233 startapın inkişafına dəstək verib. “Demo Day” tədbirində final mərhələsinə yüksələn 70-dən artıq MVP investorlara təqdim olunacaq. İştirakçılar layihələrini sərgi formatında nümayiş etdirəcək, münsiflər heyəti isə onların innovativliyini, bazar potensialını, komanda bacarıqlarını və məhsulların inkişaf səviyyəsini qiymətləndirəcək.
Tədbirdə müxtəlif ölkələrdən investorların, vençur fondlarının, sahibkarların və innovasiya ekosisteminin nümayəndələrinin iştirakı gözlənilir. “Enterprise Azerbaijan” startaplara innovativ həllərini təqdim etmək, investisiya cəlb etmək, beynəlxalq bazarlara çıxış imkanlarını araşdırmaq və strateji tərəfdaşlıqlar qurmaq üçün platforma yaradaraq Bakının innovasiya ekosisteminə yeni dinamika gətirəcək.
“Demo Day” 2026-cı il oktyabrın 31-də “SABAH.city” məkanında, “Founder Club” tərəfindən təşkil edilən “TEİ Forum 2026” ilə eyni vaxtda baş tutacaq.
“TEİ Forum 2026” çərçivəsində beynəlxalq bazarlara çıxış, startapların qlobal miqyasda genişlənməsi və investisiyaya hazırlıq mövzularında iki panel müzakirəsi və B2B görüşlər keçiriləcək. Panellərdə biznesin miqyaslandırılması, kapital cəlbi, alternativ maliyyələşmə və investorlarla əməkdaşlıq imkanları müzakirə olunacaq. B2B görüşlər isə sahibkarlar, startaplar və investorlar arasında birbaşa əlaqələrin qurulmasına xidmət edəcək.
Tədbir çərçivəsində "Enterprise Azerbaijan" portalının təşəbbüsü ilə ali təhsil müəssisələri ilə beynəlxalq innovasiya ekosistemi arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş memorandumların imzalanması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 28 Oktyabr 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















