Icma.az
close
up
RU
7 oyuna 1 qələbə milli komandalar üçün fiasko həftəsi

7 oyuna 1 qələbə milli komandalar üçün fiasko həftəsi

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

U-17

Belarus – Azərbaycan 3:0
Uels – Azərbaycan 0:0
Azərbaycan – Albaniya 1:4

U-19

Moldova – Azərbaycan 0:0
Moldova – Azərbaycan 4:1

U-21

Moldova – Azərbaycan 0:2

Əsas milli

Azərbaycan – Haiti 0:3

Bunlar Azərbaycan milli komandalarının ötən həftə keçirdiyi oyunların nəticəsidir. 7 oyuna 1 qələbə. Ayxan Abbasovun yeni baş məşqçi təyin olduğu U-21 Moldovada həmyaşıdları ilə dueldən qələbə ilə ayrıldı. Bu, Abbasovun debütündəki ilk qalibiyyət kimi tarixə düşdü. Komanda eyni zamanda ardıcıl 4 məğlubiyyətdən sonra qələbəni xatırladı.

Digər komandaların nəticələri isə qənaətbəxş deyil. Moldova, Belarus kimi şəraiti bizdən daha pis olan ölkələrdə futbolun inkişafda olduğu hiss edilir. Başlıcası aşağı yaş qrupları üzrə komandaları bizimkiləri üstələyib.

İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv Avropa çempionatının seçmə mərhələsində Uelslə heç-heçə etsə də, nisbətən zəif rəqib , eyni zamanda ev sahibi Albaniyadan 4 qol buraxaraq, məğlub olub. Yadullayev nəticələri şərh edərkən, erkən qol buraxmağın yaratdığı problemlərdə və şansların dəyərləndirilməməsindən gileylənib. Baxanda, hər yaş qrupu və əsas komandada problem eynidir. Realizasiya! Uzun müddətdir, yerli hücumçu çatışmazlığı yaşanır. Premyer Liqa klubları hücum xəttində legionerlərə şans verir, əvəzedici komandalarda olan gənclər isə meydana çıxanda özünü göstərə bilmir. Yeni mövsümdən legioner limitinin ləğv olunacağını nəzərə alsaq, komandalar üçün daha çətin günlər qarşıdadır.

Əsas yığma isə Sumqayıtda Haiti ilə bacarmadı. Rəqibin FIFA reytinqində öndə olması, oyunçularının demək olar, hamısının legioner həyatı yaşadığı göz önünə gətiriləndə asan oyun olmayacağı bilinirdi. Xüsusilə, atletik futbola üstünlük verən, fərdi mübarizələrdə güc hesabına millinin oyunçularına üstünlük quran Haiti yığması rahat və layiq olduğu qələbəni qazandı. İlk hissədə millinin əlinə düşən şansları boşa verməsi, əvəzində rəqibin sürətli əks-hücumlarla təhlükə yaratması oyunun taleyini müəyyənləşdirən detallardan oldu. Hücum xəttində Mahir Emrelinin top çevirməsi, irəlidə Nərimanın rəqib müdafiəçilərin arasında itib-batması, sonradan oyuna qoşulan Musa Qurbanlının əlinə düşən bir şansı da boşa verməsi irəlidəki problemləri yenidən qabartdı. Polşada “Radomiak”da çıxış edən Renat Dadaşov da sonradan meydana daxil olsa da, fərq yarada bilmədi.

Portuqaliyalı Fernandu Santuşun rəhbərliyi altında 7-ci oyunda 6-cı məğlubiyyətini yaşayan milli komanda ardıcıl 3 oyundur, qol da vura bilmir. Bunun əsas səbəblərindən biri də irəli xətdəki oyunçuların formasından uzaq olmasıdır. Mahir “Nürnberq”də, Musa Qurbanlı isə “Qarabağ”da ehtiyatda qalır, bəzən şans qazanır. Çıxdığı oyunlarda da effektiv ola bilmir. Hücumçular arasında daha çox şans qazanan Nəriman Axundzadə də fiziki cəhətdən yaxşı səviyyədə deyil və atletik müdafiəçilər qarşısında çətinlik yaşayır. “Neftçi”də bu mövsüm daha çox şans qazanan Ağadadaş Salyanskiyə isə şans verilmədi.

Santuşun maraqlı seçimlərindən biri də qapıda Şahruddin Məhəmmədəliyevə şans verilməsi idi. Bu mövsüm “Zirə” ilə uğurlu çıxışı ilə diqqət çəkən Aydın Bayramovun heyətdən kənar qalması maraq doğurdu. Hər bir halda, qolkiperlərin bumövsümkü çıxışına baxsaq, Bayramov “çərçivə”ni qorumağa daha layiq idi.

Millinin qarşıda Belarusla yoldaşlıq görüşü var. Santuş Haiti məğlubiyyətindən sonra dəyişiklik edəcəyini bildirib. Hücum futbolunun alınmamasından gileylənən mütəxəssis müdafiə futboluna keçəcəyinə işarə verib. Portuqaliyalı gələcəyin milli komandasının qurulacağını bildirsə də, nə gənclərə kifayət qədər şans verilir, nə də komanda oyununda sürət, dinamiklik hiss olunur. Haiti ilə matça istəksiz çıxan yığmanın Belarusla oyunda hansı sistemlə və kimlərlə meydanda olacağı maraqla gözlənilir.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Mart 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri