Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

70 illik aldanışın son gecəsi

70 illik aldanışın son gecəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

“Kommunist” necə “Xalq qəzeti”nə çevrildi?

Qarabağ münaqişəsi 70 illik sovet imperiyasının zəifləyib çökməsinin ilk addımı və həlledici zərbəsi oldu. Onilliklər boyu “qardaşlıq ailəsi” adlandırılmış qapalı bir imperiyada qardaşlardan birinin o birinə ərazi iddiası ilə düşmən kəsilməsi adi bir tələb, normal qarşılanası bir iddia deyildı.

Ötən 70 ilin qanlı təcrübəsi deyirdi ki, belə bir qarşıdurma qətiyyən yolverilməzdir. Münaqişənin günlərlə, aylarla, illərlə şiddətlənərək davam etməsi isə göstərirdi ki, diktatura üsulu ilə idarə olunan bir dövlətdə ya kəsər qalmayıb, ya da onun mütləq hökm verəni dramatik və qanlı hadisələrə tərəfkeşliklə dirijorluq edir. Hadisələr sonda göstərdi ki, sovet sistemi tədricən çöksə də, hər iki amil ayaq üstündə imiş.

Bəs hakim Kommunist Partiyasının nəzarətində olan ittifaq və respublika mediası imperiyanı iflasa aparan bu “separatçı xərçəngi” necə görür, qəbul edir və işıqlandırırdı? Xristian çoxluğun ittifaqında “erməni qardaşlığı” həmişə açıq-gizli şəkildə “türk-müsəlman” xalqlara münasibətdən üstün tutulduğuna görə hakim rejimin göstərişlərinə əməl edən mərkəzi media ağalarının “ikili standart” və gizli tərəfkeşlik mövqeyinə uyğun olaraq “imperiyanı selə verən” erməni separatçı hərəkatına qarşı çıxmadı, Azərbaycanın haqq işinə isə göz yumdu.

Yerli kommunist funksionerlərin rəhbərliyi altında olan media isə “Xankəndi” qiyamı başlayan gündən xalqımızla birgə həyəcanlanıb ayağa qalxdı. Lakin jurnalistlərimizin mübariz ruhu yuxarıdan müxtəlif üsullarla cilovlanır, xalq hərəkatının yönü “səbr və təmkin”ə, “korafəhm ümid”ə, “ədalətin bərpa ediləcəyi inamı”na yönləndirilirdi. Bütün bunlara baxmayaraq, milli jurnalistikamız çap mətbuatı, teleradio verilişləri ilə yalnız hadisələrin dramatik xronikasını, gərgin mənzərəsini yaradır, necə deyərlər, qırmızı xətti keçmirdi. 

1989-cu ilin sonlarından isə qarşıdurma ən yüksək həddə çatdı. Ermənipərəst M.Qorbaçov rejimi Azərbaycan xalqını 2 illik baş qatmaqla, yuxuya verməklə yorduğunu zənn edib məsələni ermənilərin xeyrinə sonuclamağı qərara aldı. Bunun üçün ermənilərin silahlı təcavüzlərini genişləndirib xalqımızı radikal duruma gətirdilər. 

Əhalinin sərhədləri sökmək, hakimiyyət qurumlarının fəaliyyətini pozmaq, Bakıdakı erməniləri linc etmək kimi çağırışlarla radikallaşdırılması, yuxarıdan idarə edilən siyasi fitnəkarlıqlar xalq tərəfindən Moskvaya etiraz aksiyaları kimi qəbul edilsə də, Mixail Qorbaçov bandası bunu Bakıya hərbi basqı üçün əsas kimi düşünmüşdü.  

Araz boyu sərhədlərin sökülməsi, Lənkəranda və digər bölgələrdə rayon təşkilatlarının fəaliyyətinin dayandırılması, Bakıda bir necə erməni ailəsinə naməlum adamların hücumu və s. Qorbaçova “Bakıda sovet hakimiyyətinin devrilməsi” bəhanəsi ilə şəhərə nəhəng cəza maşını yeritmək üçün düşünülüb gerçəkləşdirilmişdi. Məqsəd isə, guya dikbaşlıq edən xalqımızı ağrıdan keyləşdirmək, ermənilərin Naxçıvanı və Qarabağı işğal etməsinə əlverişli şərait yaratmaq idı. Hadisələrin gedişi isə göstərdi ki, Azərbaycan xalqı nəinki qorxmadı, əyilmədi, geri çəkilmədi, şoka düşmədi, əksinə, bu zərbədən hamılıqla ayıldı, ayağa qalxdı, ədalət mübarizəsini azadlıq savaşına çevirdi.

Kreml cəlladı Qorbaçov bu planını məkr və xəyanətkarlıqla gerçəkləşdirdi. Təxribat və fitnəkarlıqla hazırlanmış Bakı qırğını xüsusi amansızlıqla, müstəsna məsuliyyətsizliklə törədildi. Azərbaycan xalqı küçələrə haqq-ədalət tələbi ilə çıxmışdı. Təsadüfə bax ki, 85 il əvvəl Rusiya çarının dinc xalqa qarşı törətdiyi 9 Yanvar  qətliamından düz 85 il sonra bu imperiyanın davamı olan Sovet İttifaqının rəhbəri bu qəddarlığı qorxub-çəkinmədən təkrarladı. İmperiyanın mahiyyəti, “çar baba”ların xarakteri dəyişməmişdi. Hər iki qırğın qanlı Nikolaya və cəllad Mixailə olan sonuncu inamı da sarsıdaraq onların tiranlığnın sonu oldu.

Azərbaycan mediası 1988-ci ilin 13 fevralından 1990-cı ilin 20 yanvarınadək bax belə bir mürəkkəb şəraitdə fəaliyyət göstərmişdi. 70 il sovet hakimlərinin diktəsini itaətkarlıqla yerinə yetirmiş kommunist mətbuatı 2 iln içində günbəgün genişlənən xalq hərəkatı zəminində davamlı olaraq xalqa yaxınlaşmış, nəhayət, milli maraqların tərəfinə keçmişdi. 

Buna görə də qanlı qırğının müəllifləri və icraçıları 19–20 yanvarda respublika mediasını susdurub misilsiz cinayəti gecənin qaranlığında və tam informasiya blokadası şəraitində gerçəkləşdirmişdilər. Teleradio mərkəzi partladılmış, qəzetlərin nəşri pozulmuşdu. Bakıda fövqəladə vəziyyət xalqı itaətsizliyə asanlıqla məhkum etmək üçün qırğından bir neçə saat sonra yalnız radio ilə elan edilmişdi. 

O zaman 70 ildən bəri “Kommunist” adı ilə nəşr olunan “Xalq qəzet”nin kollektivi yanvarın 20-də toplantı keçirib M.Qorbaçovun dinc insanlara qarşı hərbi-siyasi cinayətini qəzəb və nifrətlə lənətlədi. Sovet rejiminin rəmzi olan bu qəzetin nəşrindən imtina edildi. Redaksiyanın binasının girişindəki lövhələr çıxarıldı, damdakı “Kommunist”  yazılmış və şəhərin yuxarı məhəllələrindən aydın görünən 10 metr hündürlüyü olan nəhəng reklam birdəfəlik söndürüldü. 

Yenidənqurma və respublikaların iqtisadi müstəqilliyi şəraitində qəzetin əlavəsi kimi bir neçə ay əvvəl yaradılmış “Səhər” adlı  nəşrin buraxılışı qərara alındı. Şəhidlərin möhtəşəm dəfnindən hazırlanmış, törədilmiş qırğının dəhşətli mənzərəsini əks etdirən “Səhər” adlı xüsusi nömrə”Kommunist” qəzeti redaksiyasının və eyniadlı nəşriyyatın kollektivlərinin fədakarlığı ilə yanvarın 25-də 2 milyon nüsxə (əvvəlki tirajdan 4 dəfə çox) ilə çap edilərək abunəçilərə göndərildi və yerdə qalanı isə Şəhidlər xiyabanında, “Azadlıq” meydanında və metro stansiyalarının çıxışlarında paylandı.

“Səhər” zülmətlər içərisində xalqımıza ölkənin gələcəyi ilə bağlı işıqlı bir səhərin açıldığını müjdələdi. Düzdür, respublikanın müti kommunist rəhbərliyinin razılığı və komendant idarəçiliyinin süngüsü altında 1991-ci ilin avqustunda kommunist rejimi SSRİ-də süqut edənədək “Kommunist” adlı qəzetin nəşri zorakılıqla davam etdirildi. Lakin 20  Yanvarda 70 illik aldanışın son gecəsini yaşamış xalqımızın yanında olan qəzetin kollektivi bir daha bu riyakar və həyasız diktaturaya tərif yağdırmadı, bu qanlı hakimiyyətə qətiyyən inanmadı.

Yazıya əlavə etdiyimiz şəkil isə o dövrdə hansı şəraitdə fəaliyyət göstərdiyimizə şahidlik edir. Redaksiyanın girişində silahlı sovet əsgərləri dayanırdı. Qəzetin çapına hərbi senzorlar icazə verirdi. Gecə növbəsindən çıxıb evə gedənədək bir necə hərbi post keçməli olurduq. Maşından düşürülür, yoxlanırdıq, incidilirdik.  Lakin hər nömrədə yalnız xalqa xidmət edən yazılara imza qoyurduq. Nifrət və qəzəbimiz isə günbəgün alovlanırdı.

Sonrakı il yarımda Bakı qırğını bütün mümkün üsullarla qəzetdə ittiham edildi, şəhidlərin xatirəsinə ümumxalq ehtiramı səhifələrdə geniş yer tutdu.  Moskvanın ermənipərəst siyasəti pislənildi, xalqımızın “Qarabağ” mübarizəsi, azadlıq istəyi ən üstün mövzuya çevrildi. 

Hər şeydən ucada olan həqiqət bu idi ki, yanvarın 20-də və sonrakı günlərdə Bakıda və bölgələrdə qırğınlar törətmiş, günahsız qanlar axıtmış sovet kommunist rejimi xalqımızın sarsılmaz iradəsi ilə toqquşaraq özü də sağalmaz yara almışdı. Qəddar rejim qanı axa-axa yalnız 1991-ci ilin avqustunadək yaşaya bildi və rüsvaycasına can verdi.

Kollektivimiz isə 1990-cı ilin 20 yanvarında verdiyi qərarı 1991-ci il avqustun 26-da gerçəkləşdirə bildi. Həmin tarixdən qəzetimiz xalqa xidmətin timsalı və məramı olaraq “Xalq qəzeti” adı ilə nəşr olunur. 

Tahir AYDINOĞLU 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see392

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see306

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see261

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see239

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see233

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see232

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see231

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see229

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see226

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see224

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see224

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see218

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see216

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see215

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see204

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see203

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see199

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see191

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see165

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri