Elvin Quliyev: Yığmada gənc oyunçulara şans vermək istəyirik ki, onlar inkişaf etsinlər
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın futzal millisində gənc oyunçularta şans verilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın futzal millisinin baş məşqçi səlahiyyətlərini müvəqqəti yerinə yetirən Elvin Quliyev DÇ-2028-in əsas mərhələsində Çexiyaya qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis ilk hissədə daha yaxşı çıxış etdiklərini söyləyib:
"Birinci hissədə oyun arzuladığımız kimi alındı. İkinci yarıda isə müəyyən səhvlərə yol verdik. Rəqib isə bu səhvlərdən maksimum istifadə etdi. Qarşılaşmanın sonlarına yaxın risk etdik. Nəticədə hesabı bərabərləşdirməyi bacardıq. Təcrübəsizlik bu işdə öz sözünü dedi. Komandada gənc oyunçulara şans vermək istəyirik ki, onlar inkişaf etsinlər. Onlar inkişaf etsə, uğur qazana bilərik".
Qeyd edək ki, Lənkəran Olimpiya İdman Kompleksində baş tutan Azərbaycan - Çexiya görüşü 2:2 hesabı ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 05 Noyabr 2026 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















