7/24 hərəkətdə olan Jeacoo J8 artıq 19 900 km qət edib!
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda real şəraitdə həyata keçirilən Limitless Drive layihəsində 30 günlük fasiləsiz sürüş testinin 14-cü günü davam edir.
7/24 hərəkətdə olan JAECOO J8 artıq 19 900 kilometr məsafə qət edib. Avtomobil hamar yol səhtindən əlavə olaraqda ağır şəraitdə dağ yolları, qayalıq ərazilər, çay keçidləri, meşə yolları, palçıq və çınqıllı marşrutlar boyunca sınağa çəkir.
Layihə çərçivəsində avtomobilin uzunmüddətli və fasiləsiz istismar şəraitində davamlılığı, performansı, yanacaq sərfiyyatı və ümumi texniki göstəriciləri real yol şəraitində sınaqdan keçirilir.
Avtomobilin texniki qulluğuna da xüsusi diqqət yetirilir. 10 000 kilometr məsafə qət edildikdən sonra mühərrik yağı dəyişdirilib. Layihə zamanı avtomobildə Granville mühərrik yağından istifadə olunur.
JAECOO J8-in yol ilə təmasının təmin edən əsas komponentlərdən biri olan təkərlər də layihənin mühüm hissəsidir. Avtomobildə Westlake təkərlərindən istifadə edilir və onların müxtəlif yol şəraitində performansı real istismar zamanı müşahidə olunur.
Hazırda layihənin 30 000 kilometrlik hədəfinin 19 900 kilometri, yəni təxminən 65 faizi tamamlanıb. Qarşıda isə daha 10 100 kilometr məsafə var.
Limitless Drive yalnız 30 000 kilometr məsafəni qət etmək deyil, avtomobilin fasiləsiz və uzunmüddətli istismar şəraitində real imkanlarını nümayiş etdirmək məqsədi daşıyır.
Layihəni 7/24 canlı olaraq limitlessdrive.az saytı üzərindən izləmək mümkündür.
30 gün | 30 000 km | 7/24 hərəkət
Limitless Drive davam edir.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 25 Avqust 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















