Icma.az
close
up
RU
Yeni BMW i3: Bir şarjla 900 km dən çox məsafə qət edir

Yeni BMW i3: Bir şarjla 900 km dən çox məsafə qət edir

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniyanın avtomobil nəhəngi BMW, qlobal bazar üçün nəzərdə tutulmuş ilk tam elektrikli 3-cü seriya sedanı olan yeni "BMW i3" modeli üçün rəsmi sifarişlərin qəbuluna başlayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu bənzərsiz model brendin elektrikli avtomobillərdə yeni dövrünü simvolizə edən "Neue Klasse" (Yeni Sinif) fəlsəfəsinin ikinci seriyalı nümayəndəsidir.
Yeni elektrokarın Böyük Britaniya bazarındakı start qiyməti 53 005 funt-sterlinq (təxminən 72 000 ABŞ dolları), Almaniyada isə "First Edition" xüsusi buraxılışı üçün 75 340 avro təyin edilib. Bu qiymət mövcud benzin və hibrid 3-cü seriya modellərindən baha olsa da, onun əsas elektrikli rəqibi hesab olunan "Mercedes-Benz C-Class Electric"dən (təxminən 79 000 dollar) daha münasibdir.
BMW şirkəti elektrikli sedan istehsalını texnologiyanın daxili yanma mühərrikli avtomobillərlə rəqabət apara biləcək səviyyəyə çatmasını gözləmək üçün qəsdən təxirə salırdı.
İndi isə yeni i3 tam fərqli texnoloji sıçrayış nümayiş etdirir:
Platforma: 800 voltluq arxitekturaya əsaslanan 6-cı nəsil elektrik platforması.
Batareya tutumu: 108,7 kVt/saat (nikel-manqan-kobalt elementli silindrik hüceyrələr).
Yürüş məsafəsi: Bir şarjlama ilə 912 kilometrə qədər (WLTP dövrü üzrə). Böyük Britaniya və Avropa bazarında bu göstəricidə onu yalnız yenilənmiş "Mercedes-Benz EQS" (925 km) qabaqlayır.
Şarj sürəti: 400 kVt-a qədər sabit cərəyan (DC) dəstəyi sayəsində avtomobil cəmi 10 dəqiqəlik şarjla 400 kilometr yol qət edə biləcək güc yığır. Batareyanın 10%-dən 80%-ə qədər dolması isə ideal şəraitdə cəmi 20 dəqiqə çəkir. Alternativ cərəyan (AC) ilə şarj gücü isə 22 kVt-dır.
İlk mərhələdə avtomobil tam ötürücülü i3 50 xDrive versiyasında satışa çıxarılıb. Avtomobil iki elektrik mühərriki ilə təchiz olunub: arxa oxda 322 at güclü sinxron mühərrik, ön oxda isə 165 at güclü asinxron mühərrik quraşdırılıb. Sisteminin ümumi gücü 469 at gücü (345 kVt), maksimal fırlanma anı isə 645 Nm təşkil edir.
Çəkisi təxminən 2,2 ton olan sedan 0-dan 100 km/saat sürəti cəmi 4,7 saniyəyə yığır. Maksimal sürət isə elektron olaraq 200 km/saat həddində məhdudlaşdırılıb.
Gələcəkdə "Touring" universal versiyasının, 2028-ci ildə isə idman seqmentində yeni standartlar müəyyən edəcək yüksək performanslı elektrikli M3 modelinin buraxılacağı gözlənilir.
 

Yeni i3 ölçülərinə görə benzinli sələflərini geridə qoyur: uzunluğu 4,76 metr, eni 1,87 metr, hündürlüyü isə 1,48 metrdir. Eksteryerdə BMW-nin klassik "burun cütlüyü" (radiator barmaqlığı) və fənərlər vahid blokda birləşdirilərək tamamilə fərqli görünüş alıb.


İnteryerdə isə rəqəmsal inqilab edilib. Ənənəvi cihazlar paneli yoxdur, onu ön alın şüşəsinin altında, panel boyu uzanan 43,3 düymlük nəhəng "Panoramic iDrive" displeyi əvəz edib. Mərkəzdə isə multimedia sistemi üçün 17,9 düymlük sensor ekran yerləşdirilib.
Qeyd edək ki, yeni BMW i3 modelinin istehsalı şirkətin Münhendəki baş zavodunda həyata keçiriləcək.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 İyun 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri