Icma.az
close
up
RU
73 vergi ödəyicisinin pozulmuş hüquqları bərpa edildi

73 vergi ödəyicisinin pozulmuş hüquqları bərpa edildi

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci ildə Azərbaycanda Vergi ombudsmanı 73 müraciət üzrə vergi ödəyicilərinin pozulmuş hüquqlarını bərpa edib.

"Unikal" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq, qarşıqlılı münasibətlərin əməkdaşlıq formatında tənzimlənməsinə köməklik göstərmək üçün Vergi ombudsmanı xidməti baş idarəsi müxtəlif tədbirlər həyata keçirir. Belə ki, vergi ödəyicilərinin vergi və sığorta qanunvericiliyi və inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklərin öyrənilməsi, onlardan bu istiqamətlərdə təkliflərin alınması, o cümlədən vergi xidmətlərinin təkmilləşdirilməsi baxımından aktual məsələlərin müəyyənləşdirilməsi məqsədilə ötən il ərzində 9, 13 və 14 saylı Ərazi Vergilər İdarələrində, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatda olan 370-dən artıq vergi ödəyicisi ilə görüşlər keçirilib.

İl ərzində aparılmış qiymətləndirmə və təhlillərin nəticələri əsasında 5 istiqamət üzrə şikayətləri yaradan səbəblər müəyyən edilib. Vergi ödəyicilərinin hüquqlarının qorunması baxımından Dövlət Vergi Xidmətində həyata keçirilən 8 iş prosesi üzrə təhlillər aparılıb, həmin proseslərin keyfiyyətinin monitorinqi əsasında təklif və tövsiyələr hazırlanıb.

Əvvəlki ildən araşdırması davam edən 4 müraciət də nəzərə alınmaqla 2025-ci il ərzində ümumilikdə 179 müraciət üzrə araşdırma aparılıb. Araşdırmalar nəticəsində 100 müraciət üzrə tövsiyə verilməsinə ehtiyac yaranmayıb, o cümlədən 72 halda hüquq pozuntusu müəyyən edilməyib, 16 halda məsələ araşdırma müddətində aradan qalxıb, 12 müraciət üzrə müvafiq izah verilib. Hüquq pozuntusu halı müəyyən edilən 76 müraciət üzrə aidiyyəti struktur bölmələrə tövsiyələr verilib və dövrün sonuna 3 müraciət üzrə araşdırma davam etdirilib. Aparılan araşdırma və aidiyyəti struktur bölmələrə verilən tövsiyələr nəticəsində 73 müraciət üzrə vergi ödəyicilərinin pozulmuş hüquqları bərpa edilib.

Vergi ombudsmanı xidməti baş idarəsi beynəlxalq təcrübənin öyrənilməsi, vergi ombudsmanının fəaliyyətinin təkmilləşdirilməsi və qabaqcıl təcrübənin tətbiqi istiqamətində işləri davam etdirir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Fevral 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri