Icma.az
close
up
RU
7:30 da dayanan saat: Xavər Vəkilovanın xatirələri

7:30 da dayanan saat: Xavər Vəkilovanın xatirələri

Icma.az, Azertag saytına istinadən bildirir.

AZƏRTAC Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir

Bakı, 7 sentyabr, AZƏRTAC

Nəşrin layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə dərindən bağlı olan səmimi, qətiyyətli və duyğulu bir insan kimi görməyə imkan verir.

AZƏRTAC-ın silsilə yazılarının növbəti buraxılışında Azərbaycan Xalq şairi Xavər Vəkilovanın Səməd Vurğunla birgə həyatları və şairin son günləri barədə xatirələrinin davamı təqdim olunur.

“Səməd böyük nüfuza malik idi. O, nüfuzundan istifadə edərək, vəzifəli şəxslərə müraciət edər, kəndlərə yol çəkilməsinə, bağçalar tikilməsinə, yetimxanalar açılmasına nail olardı. Yetimxanalara, pioner düşərgələrinə cibindən də yardım edərdi.

İmkansız adamlara əl tutmaqdan daxilən rahatlıq duyar, zövq alardı. Bəzən xörəyini çəkirdim, amma masaya yaxınlaşmaz, telefonla hansı mənsəb sahibiləsə danışıb, bir imkansızın ehtiyacını həll edərdi. Adətən, şad xəbəri o imkansıza çatdırıb, onu sevindirdikdən sonra masaya oturardı. Onda yediyim mənə halal olur – deyirdi. Öz ətrafımızda da kasıb adamlar az deyildi. Bayramlarda onlara da hökmən yardım edərdik.

Vyetnama gedəcəkdi, təyyarə uçmamış, evə dönmüşdü. Səhəri¬si gün uçdu. Yolda xəstələnib, Pekində xəstəxanaya qoymuşdular. Evə qayıdandan sonra, əvvəlcə “epidemiyadır” demişdilər. Sonra Mustafa bəy Topçubaşov xərçəng diaqnozu qoydu. Səmədi Moskvaya yola salanda o da gəlmişdi. Yazıq əllərini göyə qaldırıb yalvarırdı ki, “Ay Allah, razıyam, qoy mən rüsvay olum, amma qoyduğum diaqnoz yalan çıxsın”. Təəssüf ki, yalan çıxmadı. Çox pis oldu. Bir şeirində deyir e: “Sən də de, yarıyaq, qarıyaq qoşa—nə yarıldıq, nə də birgə qarıdıq”.

Ölənəcən özüm, sonra da torpağım “Səməd” deyib ağlayacaq.

Xəstə vaxtı bilirdim ağırdı, xoşladığı paltarlarımı geyib, çətin də olsa, üzümə təbəssüm qondurub, ona qulluq eləyirdim ki, öləcəyini ağlına gətirməsin. O isə Mirzə İbrahimova deyibmiş ki, mən dünyagörmüş adamam, bilirəm vəziyyətim pisdi, günü-gündən geri gedirəm. Bu biçarə, yəni mən – bilmir, vəziyyəti ona deməyin.

Son məqamında dedi ki, məni öz yatağına keçir, keçirdim. Bir az sonra dedi ki, Xavər, deyəsən, mən gedirəm. Dedim, qoymaram gedəsən, qucaqladım onu—elə qucağımda da keçindi... Qonaq otağındakı saatın əqrəblərini dayandırdım. Əqrəblər o andan 7.30-un üstündə dayanıb. Əl¬bəəl qohumlar, dostları (çoxları elə bizdəydi), Az.dramanın aktyorları, rəs¬milər gəldilər...

Mənimçün çox böyük bir itki oldu – evim yıxıldı, qa¬pım bağlandı... Amma, onu da deyim ki, Səməd kimi nü¬fuzlu bir kişinin, çox istedadlı bir şairin – şairlər şahının həyat yoldaşı olmağımla özümü dünyanın ən xoşbəxt qa¬dını saymışam, elə indi də sayıram. Onun adı və kölgəsi üstümdədi və nə qədər yaşayıram üstümdə də olacaq...”

Ardı var...

Müxbir – Günel Alıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Sentyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri