7,4 maqnitudalı zəlzələdən sonra Kolumbiyada itkinlərin axtarışına başlanıldı
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində dağılan binaların dağıntıları altında qala biləcək insanların axtarışına başlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə "Caracol" telekanalı məlumat yayıb.
Hökumət orqanlarının məlumatına görə, Kibo şəhərində zəlzələ nəticəsində azı üç bina dağılıb. Onlardan birinin dağıntıları altında altı nəfərin qala biləcəyi ehtimal olunur. Pereyra şəhərində də ciddi dağıntılar qeydə alınıb.
Milli Risklərin İdarə Edilməsi Bölməsinin direktoru Xavyer Pavanın sözlərinə görə, güclü yeraltı təkanlar ölkənin doqquz departamentində və 32 inzibati mərkəzin hamısında hiss olunub.
Məmurun sözlərinə görə, hazırda vəziyyətin ilkin qiymətləndirilməsi yerli hakimiyyət orqanları tərəfindən aparılır.
Qeyd edək ki, daha əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Kolumbiyada 7.4 maqnitudalı zəlzələ qeydə alındığını açıqlayıb. Hakimiyyət orqanları zərərçəkənlərin olduğunu bildiriblər, lakin onların sayı dəqiqləşdirilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 10 Avqust 2026 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















