78 ilansancma, 66 dəm qazı zəhərlənməsi, 46 ölüm KTM illik statistikanı AÇIQLADI
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Ötən il ərzində zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya (KTM) şöbəsinə ümumilikdə 1188 nəfər qəbul edilib.
Oxu.Az KTM-ə istinadən xəbər verir ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 1142 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.
Bildirilib ki, pasiyentlərin 495 nəfəri dərman preparatlarından, 1 nəfəri siçan əleyhinə dərmandan (rodentisid), 1 nəfəri həşərat əleyhinə dərmandan, 352 nəfəri sirkə turşusundan, 8 nəfəri həlledici məhlullardan, 12 nəfəri yandırıcı məhlullardan, 1 nəfəri kimyəvi məhluldan, 65 nəfəri allergik reaksiyalardan, 40 nəfəri fosfor üzvi birləşmələrindən, 18 nəfəri anafilaktik şokdan, 13 nəfəri tüstüdən, 66 nəfəri dəm qazından, 78 nəfəri ilan sancmasından, 1 nəfəri neft məhlulundan, 5 nəfəri yabanı bitkilərdən, 6 nəfəri həşərat dişləməsindən, 22 nəfəri spirtli içkilərdən, 4 nəfəri isə inhalyasiya zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.
"Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji və reanimasion yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.
Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 46 nəfərin (32 kişi və 14 qadın) həyatını xilas etmək mümkün olmayıb.
Ölüm hallarının əsas səbəbləri dərman və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub", - məlumatda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 07 Yanvar 2026 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















