Bu ölkə siyahı yaydı: saat 9 a kimi qadağa qoydu Azərbaycanda da...
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniyada zərərli qidaların reklamına qadağa qüvvəyə minib. Belə ki, televiziyada bu cür reklamların saat 21:00-dək nümayişi qadağan edilib, internetdə isə tamamilə yasaqlanıb. “The Guardian” yazır ki, qadağa tərkibində yüksək miqdarda şəkər, yağ və duz olan 13 məhsul kateqoriyasını əhatə edir. Bunlara şəkər əlavə olunmuş limonadlar, çipslər, şokolad və digər oxşar məhsullar daxildir.
Azərbaycanda da oxşar addım atıla bilərmi?
Globalinfo.az-a danışan araşdırmaçı-yazar Əkbər Qoşalı deyib ki, Böyük Britaniyada reklama qoyulan məhdudiyyətlər, əslində, toplumun gələcəyini hədəfləyən bir qərardır:
“Məsələ əslində reklamın saat 21:00-dan sonra göstərilməsi və ya internetdə tam qadağan olunması ilə yekunlaşmır. Bu, uşaqların, yeniyetmələrin və ümumilikdə toplumun zövqünün və davranış modelinin necə formalaşdırılmasıdır. Belə addımın arxasında “azad bazar”dan irəlidə, ictimai sağlamlıq məsuliyyəti dayanır. Qadağa şəkərli içkilərdən çipslərə, şokolad və oxşar məhsullara qədər 13 kateqoriyanı əhatə edir. Bu isə göstərir ki, dövlət artıq reklamı sadəcə iqtisadi fəaliyyət kimi görmür, onu sağlam həyat tərzinə təsir edən güclü ideoloji mexanizm kimi qiymətləndirir”.
Əkbər Qoşalı
Araşdırmaçı bildirib ki, Azərbaycanda da yüksək şəkərli, yağlı və duzlu məhsulların reklamı faktiki olaraq maneəsizdir:
“Özəlliklə uşaqlar üçün nəzərdə tutulan verilişlərdə və ailəvi saatlarda bu tip reklamların intensivliyi diqqətdən qaçmır. Hüquqi çərçivə mövcuddur, amma problem ondadır ki, bu, formaya daha çox, mahiyyətə isə daha az fokuslanır. Prinsip etibarilə total qadağaların yox, sağlamlığın, sağlam davranışın tərəfdarıyam. Söhbət uşaqların sağlamlığından, gələcək nəsillərin qida vərdişlərindən gedirsə, burada “reklam azadlığı” anlayışı mütləq şəkildə ictimai maraqla balanslaşdırılmalıdır. Xüsusilə uşaqlara yönəlik vaxt zolaqlarında zərərli qidaların reklamının məhdudlaşdırılması, bu reklamların üzərində açıq və aydın sağlamlıq xəbərdarlıqlarının verilməsi, sağlam qidalanmanı təşviq edən sosial reklamların artırılması, məktəb və ailə auditoriyasına təsir edən məzmunun ayrıca monitorinqi və sair kimi mexanizmlər qadağadan daha təsirli ola bilər”.
Əkbər Qoşalı qeyd edib ki, digər diqqətçəkən məqam isə hazırkı vəziyyətdə reklamı, yoxsa toplumun gələcəyinin tənzimlənməsi ilə bağlıdır:
“Əgər toplumun gələcəyini düşünürüksə, onda sağlamlıq üçün risk yaradan məhsulların reklamına münasibətimiz də neytral qala bilməz. Reklam təkcə məhsul satmır, zövq tərbiyə edir, vərdiş formalaşdırır, davranış yaradır. Necə ki, dil məsələsində cərimə yox, mədəni məsuliyyət vacibdir, eləcə də qida reklamında əsas məsələ qadağa həvəsi yox, sağlam nəsil strategiyası olmalıdır. Dövlət, media və biznes burada qarşı-qarşıya dayanmamalı, eyni masanın ətrafında əyləşməlidir”.
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 08 Yanvar 2026 07:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















