Icma.az
close
up
RU
8 539 avadanlığın mülki dövriyyəsinə icazə verilib

8 539 avadanlığın mülki dövriyyəsinə icazə verilib

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cari ilin yanvar–aprel aylarında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) hüquqi və fiziki şəxslər tərəfindən radio avadanlıqlarının mülki dövriyyəsinə xüsusi icazə alınması məqsədilə 350 müraciət daxil olub. Daxil olmuş müraciətlər üzrə ümumilikdə 16 237 ədəd müxtəlif marka və model avadanlığa dair qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

"Unikal" xəbər verir ki, baxılmış müraciətlər əsasında 8 539 ədəd radio avadanlığının mülki dövriyyəsinə xüsusi icazə verilib. Müraciətlərdə qeyd edilmiş 96 ədəd radio avadanlığına isə qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi icazənin verilməsindən imtina edilib. Xüsusi icazə verilməsindən imtina barədə müraciət sahiblərinə ünvanlanmış məktublarda buna səbəb olan çatışmazlıqlar ətraflı şəkildə göstərilib.

Bununla yanaşı, 4 müraciət üzrə radio avadanlıqlarının mülki dövriyyəsinə xüsusi icazə verilməsi üçün aidiyyəti qurumların rəylərinin təqdim olunması gözlənilir.

Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, idxal olunmuş 7 553 ədəd avadanlığın mülki dövriyyəsi üçün xüsusi icazə tələb olunmur. Bu barədə müraciət müəllifləri və aidiyyəti orqanlar məlumatlandırılıb.

Eyni zamanda, üç hüquqi şəxs tərəfindən təqdim olunmuş müraciətlər əsasında aparılan hüquqi və texniki araşdırmalar nəticəsində müxtəlif marka və modellərə aid ümumilikdə 284 ədəd avadanlığa verilmiş xüsusi icazələrin ləğv edilməsi barədə qərar qəbul edilib. Qərarlar qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun qaydada rəsmiləşdirilib və icrası təmin olunub.

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq inzibati tədbirlər davam etdirilir.

Xatırladaq ki, 2024-cü ilin mart ayından İKTA tərəfindən “Radioelektron vasitələrə verilən icazələr” elektron xidməti istifadəyə verilib. Bu xidmətin tətbiqi müraciətlərin daha operativ və səmərəli cavablandırılmasına imkan yaradır.

Həmçinin 2026-cı ilin yanvar – aprel aylarında “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sürətli poçt xidməti üçün 91 müraciət üzrə təqdim olunan ərizələrə əlavə edilən sənədlərdəki məlumatların uyğunluğu qiymətləndirilib. 

Nəticədə 85 ünvanda sürətli poçt xidmətinin göstərilməsi üçün müraciətlərə müsbət cavab verilib.

Digər 6 müraciətlə bağlı isə müsbət rəy verilməyib.

Telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici olan İKTA bu sahələrin inkişafı üçün qanunvericilik və nizamnamə çərçivəsində fəaliyyətini davam etdirəcək.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 May 2026 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri