Icma.az
close
up
RU
® 7ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin səsvermə mərhələsi başlayıb AZƏRTAC

® 7ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin səsvermə mərhələsi başlayıb AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

“Award Organizers Group” tərəfindən təşkil edilən 7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin səsvermə mərhələsi başlayıb. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Müsabiqə “Award Organizers Group”un təşkilatçılığı, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu və “Caspian Energy Club”ın rəsmi dəstəyi ilə keçirilir.

“Azərbaycanda fəaliyyət göstərən yerli korporativ, sosial, xidmət və məhsul brendləri bu müsabiqəyə qoşularaq, 2024-cü ilin ən tanınan və seçilən 50 korporativ məhsul və xidmət brendi sırasına daxil ola bilərlər”,- Telman Əliyev bildirib. Telman Əliyev, həmçinin qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, bu dəfə də müsabiqə böyük maraqla qarşılanıb.

“Qeydiyyat mərhələsində bir çox şirkətlər brendlərini rebrendinq etmək və sosial şəbəkələrdə tanıtmaq məqsədilə bizə müraciət ediblər. Birgə müzakirələr zamanı şirkətlərin inkişaf strategiyalarında, həmçinin rəsmi veb-saytlarında və sosial media platformalarında mühüm dəyişikliklər edilib. Biz şirkətləri həm milli, həm də beynəlxalq “Brand Award” müsabiqələrində iştirak etməyə təşviq etmişik. Bununla onlar yeni tərəfdaşlar və istehlakçılar qazanmaqla yanaşı, ölkə hüdudlarından kənarda da tanınmaq şansı əldə ediblər”, – deyə Telman Əliyev vurğulayıb.

Xatırladaq ki, səsvermə yanvarın 10-dan 31-dək müstəqil onlayn platformada keçiriləcək. Onlayn səsvermənin keçid linkinə müsabiqənin rəsmi “www.brandaward.az” saytı və müsabiqənin sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə daxil olmaq mümkündür. İstifadəçilər iştirak edən brendlər arasında 5 brenddən az olmamaq şərti ilə brendləri seçib səs verə bilərlər. Müsabiqənin qaliblərinə sertifikat və mükafatlar fevralın 19-da keçiriləcək tədbirdə təqdim ediləcək.

Qeyd edək ki, 7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibi olan 50 brend, eləcə də müxtəlif ölkələrdə keçirilən milli və regional “Brand Award” müsabiqələrinin qalibləri 2025-ci ilin sonunda baş tutacaq “Brand Award International” beynəlxalq yekun müsabiqəsində iştirak etmək imkanı qazanacaqlar.

“Award Organizers Group” “Caspian Energy Club” qrupuna daxil olan şirkətdir. “Award Organizers Group” dünyanın 12 ölkəsində “Caspian Energy Award”, “Caspian Business Award”, “Brand Award”, “Media Award International”, “CEO Award”, “HR Award”, “CFO Award”, “PR Award” və digər milli və beynəlxalq mükafatların təqdimat mərasimlərinin və müsabiqələrinin təşkilatçısıdır.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”ın dəstəyi ilə “Caspian Energy İnternational Media Group” fəaliyyət göstərir və 30-dan çox elektron, çap və onlayn yerli və beynəlxalq media resurslarını idarə edir. “Caspian Energy İnternational Media Group”un fəaliyətinin flaqmanı olan “Caspian Energy” jurnalı dünyanın 70-dən çox ölkəsində yayımlanır.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini və Xəzər-Qara Dəniz və Baltikyanı ölkələrini əhatə edir. “Caspian Energy Club”ın, həmçinin dünyanın 63 şəhərində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri mövcuddur.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri, klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi və “Caspian Energy Club” qrupuna daxil olan bütün xarici ofislər və şirkətlər üçün rəqəmsal iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya, yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri