Icma.az
close
up
RU
8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verib. SİA agentliyə istinadən xəbər verir ki, bununla da şəhadətnamə almış KOB subyektlərinin sayı 182-ə çatıb.

“Startap” şəhadətnaməsi almış KOB subyektləri və layihələri "Navimax" MMC - GPS izləmə platforması, fiziki şəxs İnqlab Rzayev - kənd təsərrüfatı məhsullarının satışı və çatdırılması üçün “Bazardan” mobil tətbiqi, “Firstit” MMC - kofeşop, kafe və restoranlarda abunəlik və keşbek funksiyalı alış imkanı verən mobil tətbiq, “Oenva” MMC - onlayn intellektual oyun platforması, "EcoRide" MMC - kuryer çatdırılma xidmətinin təşkili üçün onlayn platforma, “Kiber Təhlükəsizlik Platforması” MMC - kibertəhlükəsizlik sahəsində praktiki bacarıqların inkişaf etdirilməsi üçün onlayn platforma, “E-mza” MMC - sənədlərin elektron hazırlanması, elektron imza ilə təsdiq olunması, saxlanılması və idarəedilməsi üçün onlayn platforma və “Mopsn” MMC - müxtəlif xidmətlərin satışı üçün mobil tətbiqdir.

Şəhadətnamə KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Noyabr 2024 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qətər aldadıldığını başa düşür

11 Sentyabr 2025 08:20see501

Etirazçılar magistral yolları bağlayıblar, onlarla saxlanılan var

10 Sentyabr 2025 22:31see171

Ən varlı amerikalılar onlardır Siyahı açıqlandı

10 Sentyabr 2025 22:34see167

Pentaqondan ABŞ ın Çinlə müharibəyə hazırlaşmasına REAKSİYA

11 Sentyabr 2025 00:29see142

Xronika: Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi

11 Sentyabr 2025 01:12see138

Yeni telefon modelləri Azərbaycanda təxminən neçə manata satışa çıxacaq?

11 Sentyabr 2025 16:00see136

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see134

Günün qoroskopu: öz ruhunuza bircə dəfə “eşidirəm səni” desəniz...

11 Sentyabr 2025 00:02see133

Astronomlardan maraqlı kəşf: Kosmosda ulduzu yeyən müəmmalı obyekt aşkar edildi

11 Sentyabr 2025 03:16see131

Tökülən dişləri yenidən çıxardan dərman hazırlanıb

11 Sentyabr 2025 06:07see127

Dollar və manatın məzənnəsi: vacib qərar verildi, bundan sonra...

11 Sentyabr 2025 08:02see127

Təcrübəli futbolçularımız da sözlərini dedilər Rüstəm Məmmədov

12 Sentyabr 2025 00:01see127

Ermənipərəst senatorun həyat yoldaşı da məhkum edilib

11 Sentyabr 2025 22:12see122

Puqaçova: Vətənim məni satdı

11 Sentyabr 2025 01:17see121

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see120

Formula 1 lə görə bu küçələr avtomobillər üçün bağlanır

11 Sentyabr 2025 10:09see118

“Çarli Kirk cəmiyyətin qəlbini qazandığı üçün öldürülən lider“ “Washington Examiner“

11 Sentyabr 2025 21:02see118

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see118

İsrail bununla islam dünyasına müharibə elan etdi HƏMAS

11 Sentyabr 2025 19:27see115

Makrondan Qətər əmirinə: İsrailin zərbələri qəbuledilməzdir!

11 Sentyabr 2025 01:17see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri