Icma.az
close
up
RU
8 Mart Qadınlar ən özəl günlərində nə istəyir?

8 Mart Qadınlar ən özəl günlərində nə istəyir?

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Qadınların dünya üzərindəki dəyərini bir daha xatırladan 8 Mart Beynəlxalq Qadınlar Günü hədiyyə almaq üçün mükəmməl bir fürsətdir. Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin nəticəsində bu xüsusi və vacib gün yaranıb. Beləliklə, 8 Mart Beynəlxalq Qadınlar Günü əməksevər bütün qadınlara həsr olunub. Uşaq böyüdən ana, yüksək vəzifəli rəhbər və ya tarlada çalışan işçi... Peşə, təhsil, yaş fərqi olmadan 8 Mart əməyinə görə mübarizə aparan bütün qadınlarındır və hər il bu münasibətlə qeyd olunmağı ən çox haqq edən günlərdən biridir. 

Bəs günün qəhrəmanı olan xanımlara nə almalı? Onlar daha çox hansı hədiyyələri sevirlər?

Narahatçılığa ehtiyac yoxdur, çünki Lent.az sizin üçün bu barədə araşdırma aparıb.

Gül 

Yəqin ki gül sevməyən qadın yoxdur. Xanımlara alına biləcək ən gözəl və zərif hədiyyələrdən biri çiçəkdir. Əgər hədiyyə alacağınız xanım çiçəklərin torpağından qoparılmasına qarşıdırsa, bu, sizi qorxutmasın. Çünki alternativ olaraq dibçəkdə gül almağı düşünə bilərsiniz. Belə hədiyyələr verməklə bu günü əbədiləşdirə bilərsiniz. 

Aksesuar 

Qadınlar üçün zərgərlik hədiyyələri hər zaman klassik və dəyərli seçimdir. Qolbaq, üzük və boyunbağı qadınlar üçün özəl hədiyyələrdən biri ola bilər. Bundan əlavə, saat həm geyimi tamamlamaq, həm də tez-tez vaxta nəzarət üçün gözəl seçimdir.

Ətir

Ətirlər qadınların olmazsa olmazıdır. Qarşınızdakının necə bir qoxudan xoşlandığını bilirsinizsə, bu sizin üçün vəziyyəti daha da asanlaşdıracaq. 

Gözəllik və Baxım Məhsulları 

Hər bir qadın baxımlı olmağı istəyər. Buna görə də onların sevimli hədiyyələrindən biri də dəriyə qulluq vasitələri, baxım, makiyaj məhsulları və s. ola bilər. Göz önündə olan tanınmış markalardan onun favori məhsullarını seçərək bir hədiyyə qutusu hazırlaya bilərsiniz.

Hobbi və Maraqlar

Hədiyyə alacağınız qadının maraq dairəsini çox yaxşı anlamalısınız ki,onun zövqünə oxşaya biləcək məhsulları ona hədiyyə edə biləsiniz.Məsələn,rəsmlə maraqlanırsa rəsm ləvazimatları, musiqiyə həvəslidirsə musiqi alətləri, bağçılıq alətləri və ya idman avadanlıqları və s.Bu siyahı getdikcə genişlənə bilər.Ən yaxşısı individual olaraq “Hədiyyə alacağınız qadın nəyi bəyənə bilər və onun işinə yaraya bilər?” sualına cavab tapın və ona uyğun hərəkət edin.

Elektronika

Qadınların çox sevdiyi əşyalardan biri də məhz elektronikadır.İstər Smartfon, tablet, smart saat və ya qulaqlıq kimi texnoloji cihazlar,istərsə də məişət əşyaları (paltaryuyan,qabyuyan,tozsoran və s.) onlar üçün gözəl hədiyyə ola bilər.

Səyahət 

Qadınların əksəriyyəti səyahət etməyi sevir.Buna görə də hədiyyə seçimi edərkən bu tərz hədiyyələrə üstünlük verə bilərsiniz.

Bütün bunlar sizin üçün əla seçim fikirlər ola bilər. Lakin ən önəmli məsələ sizin nə alacağınızdan daha çox qadının nə istədiyi də önəmlidir.

Bəzən əks cinsin nümayəndələri qadınları incə məxluq olduğu qədər, həm də sirli hesab edirlər. Məsələn, Ziqmund  Freyd ömrünün son günlərində belə bir etiraf etmişdi: “30 ilimi insan psixologiyasını öyrənməyə sərf etdim, yeganə suala cavab tapa bilmədim. Qadın nə istəyir?”

Bu suala cavab tapmaq üçün psixoloq Elnur Rüstəmova müraciət etdik. 

Psixoloqun fikirlərinə görə, 8 mart  təkcə hədiyyələr vermək günü deyil, həm də qadınların cəmiyyətdəki rolunu dəyərləndirmək, onların hiss və ehtiyaclarına hörmət göstərmək günüdür:

“Əlbəttə ki, psixoloji baxımdan qadınların istəkləri fərqli ola bilər, lakin ümumi olaraq onların xoşbəxtliyini təmin edən əsas amillər emosional yaxınlıq, dəyər hissi və səmimi münasibətdir. Qadınların özlərini həqiqətən də dəyərli və xoşbəxt hiss etmələri üçün kişilər bir çox məqamları nəzərə almalıdırlar.
Öncə onu qeyd edim ki, qadınlar üçün ən vacib ehtiyaclardan biri emosional bağlılıq və qəbul edilmə hissidir. Kişilər bu günü yalnız formal bir təbrik və hədiyyə ilə deyil, duyğularını ifadə etməklə daha mənalı edə bilərlər. Qadınları qiymətləndirdiklərini, sevdiklərini və hörmət etdiklərini sözlərlə və davranışlarla göstərmək onu daha dəyərli edəcək. Bundan əlavə, qadınları dinləmək və onların hislərinə həssas yanaşmaq da mühüm faktordur. Sadəcə bir hədiyyə vermək yox, onlara vaxt ayırmaq, onların düşündüklərini və hiss etdiklərini başa düşməyə çalışmaq daha təsirlidir”.

Elnur Rüstəmov qeyd edib ki, qadınlar üçün alınan hədiyyənin maddi dəyərindən çox, onun arxasındakı fikir və səmimiyyət önəmlidir:

“Bahalı hədiyyələr təəssürat yarada bilər, lakin ən dəyərli hədiyyə fərdiləşdirilmiş və anlamlı olanıdır. Onun maraqlarına uyğun kitab, xüsusi bir məktub, birgə xatirələri canlandıran bir sürpriz qadın üçün çox daha böyük dəyər kəsb edir.

Psixoloji araşdırmalar da göstərir ki, insanlar təqdir olunduqlarını hiss etdikdə daha xoşbəxt və güvənli olurlar. 8 mart təkcə hədiyyə vermək günü deyil, həm də qadınların gördüyü işlərin, onların fədakarlığının və rolunun dəyərləndirilməsi günüdür. Bu gün münasibətilə onların cəmiyyətdə, ailədə və şəxsi həyatlarında oynadıqları rolu vurğulamaq və səmimi minnətdarlıq ifadə etmək onların psixoloji rifahını artıracaqdır”.

“Qeyd edim ki, qadınlar üçün xoşbəxtliyi təmin edən ən mühüm məqamlardan biri də onların xoşbəxtliyi üçün göstərilən səyin hiss olunmasıdır. 8 mart münasibətilə kişilər xüsusi bir gün təşkil edə, romantik bir axşam yeməyi planlaşdıra və ya birlikdə unudulmaz bir fəaliyyət həyata keçirə bilərlər. Bu, qadının özünü önəmli və sevilən hiss etməsinə səbəb olacaqdır.

Gözlənilməz müsbət hallar insanların emosional rifahını artırır. Ona görə də 8 martda hər il təkrarlanan hədiyyələr əvəzinə yeni və fərqli bir yanaşma göstərmək qadın üçün daha yaddaqalan olacaq. Kiçik, lakin mənalı jestlər misal üçün, uzun müddətdir arzuladığı bir şeyi reallaşdırmaq və ya ona özünü xüsusi hiss etdirəcək bir hadisə təşkil etmək bu günün təsirini daha da artıracaqdır”, - deyə o əlavə edib.

Sonda ən qiymətli hədiyyələrdən birinin də zaman və diqqət olduğunu vurğulayan psixoloq bildirib ki, müasir həyatın qayğıları içində çox vaxt münasibətlərdə diqqət çatışmazlığı yaranır:

“8 Mart günü qadınlara tam diqqət ayırmaq üçün gözəl bir fürsətdir. Telefonları  bir kənara qoyub, tam diqqətlə qadını dinləmək, birlikdə keyfiyyətli zaman keçirmək onun emosional ehtiyaclarını qarşılayacaqdır.

Unutmayaq ki, 8 Mart qadınların özlərini dəyərli, sevilən və anlaşılmış hiss etmələri üçün bir fürsətdir. Kişilər qadınları xoşbəxt etmək istəyirlərsə, bunun sirri emosional yaxınlıq yaratmaq, onların ehtiyaclarını və hisslərini başa düşmək və dəyərli olduqlarını hiss etdirməkdir. Hər gün olduğu kimi, bu gün də sevgi, diqqət və hörmət ön planda olmalıdır. Çünki qadınlar üçün ən böyük hədiyyə onların həqiqətən dəyərli olduqlarını hiss etmələridir”.

Statistika nə deyir?

Statistikaya görə, bu bayramda qadınların 41 faizi onlara gül dəstəsinin, 36 faizi zinət əşyalarının, 27 faizi kosmetik vasitələrin, 22 faizi isə pulun hədiyyə verilməsini istəyirlər.

Qadınların az bir hissəsini, 18 faizini isə məişət əşyaları və texniki avadanlıqlar maraqlandırır. 16 faizi geyim, ayaqqabı, çanta, 12 faizi alt geyimi, 11 faizi konfet və ya şokolad, 9 faizi qab, fincan və s. hədiyyə almaq istəyir.

Qadına hədiyyə seçərkən onun maraqları, zövqü və gündəlik həyatı haqqında düşünmək vacibdir. Əsas odur ki, hədiyyəniz onun üçün sevgi və diqqətinizi əks etdirsin. Hər hədiyyə, seçildiyi şəraitdən asılı olmayaraq, səmimi bir ürəkdən təqdim ediləndə dəyər qazanır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Mart 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see201

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see154

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see125

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see124

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see124

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri