23 illik arzusunu reallaşdırdı Öz brendini yaratdı
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Amerikalı pop ulduzu Britni Spirs öz zərgərlik brendini təqdim etməyə hazırlaşır.
“Qafqazinfo” “Page Six”ə istinadən xəbər verir ki, müğənni “BTiny” adlı brendinin rəsmi saytını istifadəyə verib.
Nəşr yazır ki, hazırda saytda zinət əşyalarının satışı həyata keçirilmir. Lakin pərəstişkarlar elektron poçt ünvanlarını və ya telefon nömrələrini qeydiyyatdan keçirərək satışların başlanması barədə ilk məlumat alanlardan ola bilərlər.
Saytın ana səhifəsində yer alan “23 illik hazırlıq” ifadəsi isə diqqət çəkib. Belə ki, Spirsin şəxsi zərgərlik brendi yaratmaq ideyası hələ 2003-cü ildə yaranıb. Müğənni son bir il ərzində zinət əşyaları kolleksiyası üzərində fəal çalışıb.
Hələlik məhsulların dizaynı, qiymətləri və satışa çıxarılacağı dəqiq tarix açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 14 Noyabr 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















