Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

8 Martdır müəllim can, gəl doldurum mən cibini Dəyər, yoxsa üzgörənlik? RƏY

8 Martdır müəllim can, gəl doldurum mən cibini Dəyər, yoxsa üzgörənlik? RƏY

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı təhsil müəssisələrinə çağırış edib.

Bu barədə Agentlik məlumat yayıb.

"8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib.

8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsi yolverilməzdir. Məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək", - məlumatda deyilib.


Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a bildirib ki, məktəblərdə pul yığımı və müəllimlərə bahalı hədiyyələrin verilməsi illərdir cəmiyyətdə müzakirə olunan problemlərdən biridir:


“Xüsusilə, 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində valideynlər arasında pul yığılması və müəllimlərə kollektiv şəkildə bahalı hədiyyələrin alınması adi hala çevrilib. Məktəblərdə formalaşan bu sistem zamanla normaya çevrildiyi üçün artıq valideynlər və şagirdlər arasında “biz də məcburuq” düşüncəsi hökm sürür. Hər il olduğu kimi, bu il də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) bu məsələ ilə bağlı təhsil müəssisələrinə təlimat göndərib və valideynlər tərəfindən müəllimlərə hər hansı maddi və qeyri-maddi nemətlərin verilməsinin, qiymətli hədiyyələrin alınmasının və bu məqsədlə pul yığılmasının yolverilməz olduğunu bəyan edib.  MÜTDA-nın bu çağırışı ilk baxışda müsbət addım kimi görünsə də, illərdir bu qadağaların reallıqda necə tətbiq edildiyi sual altındadır. Belə ki, məktəblərdə bu tip pul yığımı gizli şəkildə davam edir və əksər hallarda valideynlər rəsmi qadağalardan xəbərdar olsalar da, öz iradələrinə qarşı çıxmaqda çətinlik çəkirlər. Bir çox valideynin düşüncəsinə görə, əgər sinifdə hamı pul toplayıb müəllim üçün hədiyyə alırsa, onlar bu prosesdən kənarda qaldıqda övladlarının müəllimin münasibətindən zərər görəcəyindən narahat olurlar. Bu da məktəblərdə pul yığımı ənənəsinin davam etməsinə səbəb olur. Məsələnin digər tərəfi məktəb rəhbərliyinin və müəllimlərin buna necə yanaşmasıdır. Bəzi hallarda sinif rəhbərləri və ya direktorlar valideynlərə pul yığılmasının rəsmi şəkildə qadağan edildiyini bildirsə də, qeyri-rəsmi olaraq bu prosesin qarşısını almırlar. Hətta bəzi hallarda məktəb rəhbərliyi müəllimlərə bahalı hədiyyələrin verilməsini təşviq edir. Müəllimlərin də bu məsələyə münasibəti fərqlidir: bəziləri hədiyyə qəbul etmədiklərini açıq şəkildə bildirsə də, digərləri hədiyyələrin verilməsinə göz yumur və ya onu bir növ təşviq edir.  MÜTDA tərəfindən edilən qadağanın effektivliyi əsasən bu kimi halların qarşısının necə alınacağına bağlıdır. Əgər məktəblərdə valideynlərdən pul yığımı davam edərsə və bu barədə ciddi tədbirlər görülməzsə, bu cür çağırışların praktiki əhəmiyyəti azalır. Ölkənin müxtəlif məktəblərində çalışan müəllimlər arasında bu məsələyə fərqli yanaşmalar var. Bəzi müəllimlər həqiqətən bu cür bahalı hədiyyələr və kollektiv şəkildə pul yığılmasını qəbul etmədiklərini desələr də, digərləri bunun müəllimə verilən “dəyər” olduğunu düşünür. Lakin burada əsas məsələ müəllimə hörmət və dəyərin onun fədakarlığına görə verilməsi yox, sadəcə formal və sosial təzyiq nəticəsində bu sistemin davam etməsidir”. 


Ekspertin sözlərinə görə qanunvericiliyə görə, məktəblərdə qeyri-qanuni pul yığımı və ya rüşvət halları aşkar edilərsə, müvafiq şəxslər intizam məsuliyyətinə cəlb oluna bilər:

“Bu intizam tədbirləri xəbərdarlıq, töhmət, cərimə və hətta işdən azad edilməyə qədər gedə bilər. Lakin indiyə qədər müəllimlərin və məktəb rəhbərlərinin bu səbəbdən ciddi şəkildə cəzalandırıldığına dair çox az nümunə var. Çünki bu cür proseslər adətən açıq şəkildə aparılmır və valideynlərin özləri də bu məsələdə aktiv şəkildə iştirak etdiyi üçün şikayət etməkdə çətinlik çəkirlər. Bundan əlavə, bəzi məktəblərdə valideynlərin kollektiv razılığı ilə pul yığılması prosesi elə aparılır ki, nə məktəb rəhbərliyi, nə də müəllimlər bu məsələyə birbaşa müdaxilə etmir. Belə olan halda, pul yığımı valideynlərin öz təşəbbüsü kimi təqdim olunur və müəllimlər bu məsələdə “günahsız” tərəf kimi görünür. Lakin real olaraq, bu sistemin davam etməsi təhsildə korrupsiyanın dərinləşməsinə və tədris prosesində qeyri-rəsmi münasibətlərin formalaşmasına gətirib çıxarır. Məktəblərdə pul yığımı ilə bağlı problemləri həll etmək üçün yalnız rəsmi qadağalar kifayət etmir. Əgər MÜTDA və Təhsil Nazirliyi bu məsələyə real müdaxilə etmək istəyirsə, bir neçə əsas addım atılmalıdır. Birincisi, məktəblərdə valideynlərin və müəllimlərin iştirakı ilə geniş maarifləndirmə işləri aparılmalıdır. Valideynlərə bu cür pul yığımı hallarının qanunsuz olduğu açıq şəkildə izah edilməli və bu məsələdə cəmiyyətin mövqeyi dəyişdirilməlidir. İkincisi, məktəblərdə anonim şikayət mexanizmləri yaradılmalıdır ki, valideynlər və şagirdlər məktəbdə qeyri-qanuni pul yığımı halları ilə bağlı rahat şəkildə şikayət edə bilsinlər. Bu mexanizm təkcə formallıq üçün yox, real nəticə vermək üçün qurulmalıdır. Üçüncüsü, müəllimlərin sosial rifahı yaxşılaşdırılmalıdır ki, onlar belə hallara meylli olmasınlar. Çünki bəzi müəllimlər aşağı maaş səbəbindən valideynlərin hədiyyələrini qəbul edir və nəticədə bu prosesin qarşısı alınmır. Son olaraq, məktəblərdə şəffaflıq artırılmalı və müəllimlərin bu cür qeyri-rəsmi gəlir mənbələrinə ehtiyacı qalmamalıdır. Əgər real tədbirlər görülməzsə, MÜTDA-nın bu cür çağırışları sadəcə rəsmi kağızlar üzərində qalacaq və hər il yenidən eyni müzakirələr aparılacaq. Məktəblərdə təhsilin keyfiyyəti müəllimin fədakarlığı ilə deyil, valideynlərin maddi imkanları ilə ölçülməyə davam edəcək. Bu isə uzunmüddətli perspektivdə təhsildə sosial bərabərsizliyi daha da dərinləşdirəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Mart 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see588

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see426

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see421

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see391

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see374

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see370

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see332

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see267

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see256

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see248

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see234

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see232

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see218

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see216

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see215

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see212

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see211

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see209

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see181

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri