Icma.az
close
up
RU
8 May Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü

8 May Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Bəzi tarixlər var ki, onlar sadəcə təqvimdə qeyd olunan gün deyil. 8 May da məhz belə əlamətdar günlərdən biridir.
Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən milyonlarla humanitar xidmət əməkdaşının, könüllünün və mərhəmət duyğusunu həyat amalına çevirən insanların — Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı əməkdaşlarının peşə bayramı və əlamətdar günüdür. Bu gün insan həyatına dəyər verməyin, çətin anlarda bir-birinə dayaq olmağın, ehtiyacı olan insanların yanında dayanmağın mənəvi mahiyyətini özündə yaşadan xüsusi bir gündür.
Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranması XIX əsrdə müharibənin ağır nəticələrini görən və yaralı insanların acı taleyindən sarsılan Anri Dünanın humanist düşüncələri ilə bağlıdır. Sonralar bu düşüncə dünyanın ən böyük humanitar hərəkatlarından birinə çevrildi. Onun humanist duyğuları zaman keçdikcə sərhədləri aşdı, müxtəlif xalqları və cəmiyyətləri bir amal ətrafında birləşdirdi, mərhəmətin və yardımın ümumbəşəri bir dəyər olduğunu bütün dünyaya nümayiş etdirdi.
Bu hərəkatın əsas prinsipləri uzun illərdir ki, beynəlxalq humanitar fəaliyyətin iş prinsipi kimi qəbul olunur. Humanizm, qərəzsizlik, neytrallıq, müstəqillik, könüllülük, vahidlik və universallıq anlayışları yalnız qayda və prinsiplər deyil, eyni zamanda insan münasibətlərində etimadı, mərhəməti və qarşılıqlı anlayışı qoruyan ali dəyərlərdir. Məhz bu prinsiplər sayəsində tənha insanlar özlərini tək hiss etmir, ən çətin məqamlarda belə yardım və dəstəyin mövcudluğunu görürlər.
Humanitar fəaliyyət təmənnasız xidmətlə yadda qalır. Bir yaralının həyatını xilas etmək, ümidsizliyə qapılmış insana mənəvi dayaq olmaq, çətin gün yaşayan ailənin yanında dayanmaq insanlığın ən ali fəlsəfəsidir. Həqiqi mərhəmət nümayiş üçün deyil, insan qəlbinin dərinliyindən gələn mənəvi məsuliyyət hissindən yaranır.
Müasir dünya mürəkkəb və çətin sınaqlarla qarşı-qarşıyadır. Təbii fəlakətlər, müharibələr, xəstəliklər və sosial problemlər insan həmrəyliyinin nə qədər vacib olduğunu bir daha göstərir. Belə bir dövrdə Qızıl Xaç və Qızıl Aypara Hərəkatı insanlara yardım etməyin yalnız vəzifə deyil, həm də mənəvi borc olduğunu öz fəaliyyəti ilə nümayiş etdirir.
8 May tarixi həm də xeyirxahlığın, mərhəmətin, humanizmin yaranması günüdür. 8 May tarixdə bir neçə dəfə acılı-şirinli gün kimi yaddaşlarda qalıb. Ancaq bu tarixin bundan sonra da təqvimdə Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı yaranması günü kimi qalmağını arzulayıram.
Peşə bayramı münasibətilə həyatını humanitar xidmətə həsr edən bütün könüllülərə, tibb işçilərinə, xilasedicilərə və yardım missiyalarında çalışan insanlara açıq səma, möhkəm can sağlığı və fəaliyyətlərində uğurlar arzulayıram.
Emil Seyidəliyev
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezident müşaviri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 May 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri