8 Noyabr prospekti 2 həftədir təmirdədir... “Nə var üstünü örtməyə?”+Video
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Xətai rayonu ərazisində - 8 Noyabr prospektində aparılan qazıntı işləri 2 həftədir ki, bitməyib.
“Qafqazinfo” xəbər verir ki, AFFA-nın qarşısından daralan yol hər gün minlərlə sürücünü tıxacda qoyur.
Sürücülər bildirir ki, xüsusilə məhəllədaxili yollardan 8 Noyabr prospektinə çıxmaq istəyən avtomobillər uzun müddət gözləməli olurlar.
Onların sözlərinə görə, işlər həddindən artıq ləng aparılır.
“Yolun yarısı bağlanıb, işə normal qaydada çata bilmirik”, - deyə sürücülərdən biri vurğulayıb.
“Uşağı dərsə aparmaq üçün saat 7-də evdən çıxıram, ara məsafəsi 5 kilometrdir. Saat 9-da gedib çıxa bilmirəm, uşaq gecikir”, - deyə digər sürücü əlavə edib.
“Buradan Ağ Şəhərə yol 1 saat çəkir. 3 nəfər işləyir orada. Nə var ki üstünü örtməyə?”, - daha bir sürücü irad bildirib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məsələ ilə bağlı bildirilib ki, təmir işlərinin aparılması üçün əraziyə kifayət qədər işçi cəlb olunub və kollektorun aşınmış divarlarında bərpa işləri artıq başa çatıb. Ərazidə son bərpa mərhələsinə başlanılıb.
Daha ətraflı APA TV-nin süjetində:
Baxış sayı:55
Bu xəbər 17 Noyabr 2026 23:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















