Icma.az
close
up
RU
“8 Noyabr” Stansiyası: enerji təhlükəsizliyi kontekstində gələcəyə strateji baxış

“8 Noyabr” Stansiyası: enerji təhlükəsizliyi kontekstində gələcəyə strateji baxış

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan son illərdə həyata keçirdiyi irimiqyaslı layihələrlə Cənubi Qafqazın və bütövlükdə Avrasiyanın enerji xəritəsində mövqeyini möhkəmləndirib. İyunun 24-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş “8 Noyabr” Elektrik Stansiyası texnoloji nailiyyətlə yanaşı, siyasi iradə, strateji baxış və beynəlxalq əməkdaşlığın təzahürü kimi ölkəmizin enerji siyasətində yeni bir mərhələnin başlanğıcıdır.

1880 meqavat gücündə “8 Noyabr” Elektrik Stansiyasının cəmi iki il ərzində istifadəyə verilməsi yalnız mühəndislik baxımından deyil, layihə idarəçiliyi və resursların səmərəli təşkili baxımından da rekord göstəricidir. Belə böyük həcmdə generasiya gücünün bu qədər qısa müddətdə istismara verilməsi dünya miqyasında nadir hallarda rast gəlinən əlamətdar hadisədir. Açılış mərasimində çıxış edən dövlətimizin başçısının vurğuladığı kimi, bu gün ölkəmizin energetika sahəsində əlamətdar bir gündür: “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir”.

Dünya enerji bazarlarında qeyri-sabitlik, siyasi toqquşmalar və infrastruktur riskləri fonunda Azərbaycan sabitlik və etibarlılıq modeli kimi fərqlənir. “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi bu sabitliyin davamlı xarakter daşıdığını göstərir. Xüsusilə Avropa bazarlarının alternativ enerji mənbələrinə ehtiyacının artdığı dövrdə ölkəmiz bu ehtiyacları qarşılayan əsas aktorlardan birinə çevrilmişdir. Yeni stansiya ixraca yönələn qaz həcmlərinin artırılmasına da şərait yaradır, çünki daxili enerji tələbatının daha səmərəli şəkildə təmin edilməsi ixrac üçün əlavə ehtiyatlar yaradır.

Mingəçevir ölkəmizin enerji sisteminin əsası, təcrübə və potensial mərkəzidir. Burada “Azərbaycan” İstilik Elektrik Stansiyası, Mingəçevir Su Elektrik Stansiyası və indi də “8 Noyabr” Elektrik Stansiyası uğurla fəaliyyət göstərir. Üç stansiyanın birlikdə generasiya gücü 4000 meqavatdan çoxdur ki, bu da ölkənin elektrik enerjisinin 40 faizindən çoxunun bir məkanda istehsal olunduğunu göstərir. Bu amillər enerji infrastrukturunun coğrafi inteqrasiyasını və səmərəli idarəçiliyini təmin edir.

Layihənin həyata keçirilməsində İtaliya və Çin şirkətləri mühüm rol oynayıb. Bu əməkdaşlıq həm də diplomatik və iqtisadi baxımdan əhəmiyyətlidir. Azərbaycan ilə İtaliya arasında neft-qaz və enerji sahəsində dərin əməkdaşlıq münasibətləri mövcuddur. Çinlə isə yeni mərhələdə xüsusilə bərpaolunan enerji və texnoloji təchizat sahəsində genişmiqyaslı layihələrə start verilib. “8 Noyabr” Stansiyası bu iki ölkə ilə strateji tərəfdaşlığın konkret nəticəsi kimi çıxış edir və Azərbaycanın çoxşaxəli enerji siyasətinin uğurudur.

Azərbaycan bu gün yalnız xam neft və təbii qaz deyil, eyni zamanda elektrik enerjisi ixrac edən ölkəyə çevrilib. “8 Noyabr” Elektrik Stansiyası kimi layihələr bu potensialı genişləndirir. Xüsusilə yaşıl enerjinin istehsalı və ixracı üzrə planlar gələcəkdə dövlətimizin regional enerji habına çevriləcəyini göstərir.

Enerji sektorunun milli təhlükəsizlik kontekstində strateji əhəmiyyəti artmaqdadır. Enerji infrastrukturlarına yönəlmiş təhdidlər, o cümlədən İkinci Qarabağ müharibəsində Ermənistanın Mingəçeviri bombalama cəhdləri Azərbaycanın bu sahədə dayanıqlı sistem qurmasının nə qədər vacib olduğunu göstərdi. Yeni stansiya yalnız iqtisadi baxımdan böyük önəm daşımır, həm də milli təhlükəsizliyin təmin olunması baxımından əvəzolunmaz əhəmiyyətə malikdir.

Azərbaycanın 2030-cu ilə qədər yaşıl enerji üzrə 6500 meqavat gücündə bərpaolunan enerji istehsalına nail olmaq hədəfi enerji siyasətində yeni uğurların astanasında olduğumuzu göstərir. Daha səmərəli, az yanacaq sərfiyyatı ilə işləyən “8 Noyabr” Elektrik Stansiyası enerji balansını daha çevik edir. Həmin stansiyanın fəaliyyətə başlaması nəticəsində təbii qaz ixracı üçün əlavə resurslar formalaşır, bu isə ölkəyə həm iqtisadi dividendlər, həm də enerji bazarlarında strateji mövqe qazandırır. Paralel olaraq, daxili enerji istehsalında sabitlik təmin olunur ki, bu da bərpaolunan enerji layihələrinin sistemə inteqrasiyasını asanlaşdırır və riskləri azaldır. Dövlətimizin başçısı qeyd etdiyi kimi, “8 Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək: “Qeyd etdiyim kimi, enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial, generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək. Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik”.

“8 Noyabr” adı önəmli simvolik məna daşıyır. Bu layihə ilə həm Azərbaycanın şanlı Zəfər Günü yad edilir, həm də ölkənin enerji sektorunda əldə etdiyi strateji uğurlar bir növ qələbə ruhu ilə vəhdət təşkil edir. Dövlətimizin başçısının bu adı şəxsən seçməsi stansiyanın milli kimliyi, xalqın iradəsini və dövlətin gücünü təcəssüm etdirdiyini göstərir.

“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın nailiyyətlərini bir daha ifadə edir. Layihə ölkənin enerji siyasətində ardıcıl və uzaqgörən yanaşmanın, beynəlxalq tərəfdaşlıqlara əsaslanan modelin və milli təhlükəsizlik konsepsiyasının real nəticəsidir. Bu stansiya həm enerji təminatı, həm də milli ruh baxımından ölkəmizin gələcəyinə işıq salır.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 İyun 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri