Icma.az
close
up
RU
8 yaşlı Sabir Beynəlxalq Olimpiadanın finalında iştirak etmək istəyir FOTO VİDEO

8 yaşlı Sabir Beynəlxalq Olimpiadanın finalında iştirak etmək istəyir FOTO VİDEO

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qobustan, 11 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC

Qobustanın ucqar Sündü kəndində yaşayan 8 yaşlı Sabir Ağaverdiyev təhsildə qazandığı nailiyyətlərlə həm oxuduğu məktəbin, həm də rayonun fəxrinə çevrilib. Şikar Şikarov adına Sündü kənd tam orta məktəbin 3-cü sinif şagirdi olan Sabir bilik yarışlarında, sınaq imtahanlarında və müxtəlif intellektual müsabiqələrdə dəfələrlə birincilik qazanaraq diqqət mərkəzinə düşüb.

AZƏRTAC-ın bölgə müxbiri Sündü kəndinə gedərək Sabir Ağaverdiyevin oxuduğu məktəbə baş çəkib, onun ailəsinə qonaq olub.

Sabirin uğurları əvvəlcə rayon və respublika səviyyəli olimpiadalarda özünü göstərib. Müəllimlərinin sözlərinə görə, o, dərslərə məsuliyyətlə yanaşır, riyaziyyat və ədəbiyyatı xüsusi maraqla öyrənir, yeni bilikləri əzbərləmək əvəzinə, dərk etməyə çalışır.

Beynəlxalq “Brainiacs” Riyaziyyat Olimpiadasında iştirak etmək üçün Bakıda keçirilən seçim turuna müstəqil şəkildə qatılan Sabir gümüş, Beynəlxalq Fermat (FMO) Riyaziyyat Olimpiadasında isə qızıl medal qazanıb. Qızıl medal ona yanvar ayında Vyetnamda, gümüş medal isə mart ayında Malayziyada keçiriləcək beynəlxalq olimpiadada iştirak hüququ verib.

Balaca Sabir uğurlarından danışarkən deyir: “Təcrübəsiz olduğum üçün ilk vaxtlar bir qədər az bal yığsam da, ruhdan düşmədim. Sonuncu olimpiadada 100 baldan 88 bal yığdım və bunların hamısı mənim müəllimlərimin, valideynlərimin, xüsusilə Aysel bibimin sayəsində oldu”.

Bu uğur Sabirin əzminin, kitablarla keçirdiyi saatların nəticəsi idi. Bəlkə də dəstək olmasaydı, bu uğurlara imza ata bilməzdi. Müəllimlərinin, valideynlərinin, bibisinin verdiyi güvən Sabir üçün ən böyük motivasiyadır.

Məktəbin direktoru Cahid Nəzərov Sabirin məktəb üçün nümunəvi şagird olduğunu, bilik və bacarıqları, dərin hafizəsi, intellekt və istedadı ilə həmyaşıdlarından fərqləndiyini bildirir: “Məktəbimiz ucqar dağ kəndində yerləşsə də, dövlət tərəfindən bizim üçün müasir və geniş imkanlara malik bina tikilib. Şagird sayımız çoxdur və onların arasında Sabir kimi qeyri-adi istedadların yetişməsi bizi daha da qürurlandırır. Onun olimpiadalarda qazandığı nəticələr yalnız məktəbin deyil, bütün rayonun uğurudur”.

Sabirin atası Cabir Ağaverdiyev oğlunun istedadının hələ 3 yaşında üzə çıxdığını söyləyir: “O, həmyaşıdları kimi oyuncaqlara deyil, kitablara maraq göstərib. İlk sözlərini deməyə başladığı vaxtdan artıq hərflərlə, şəkillərlə tanış olub”. Atası deyir ki, Sabir iki yaşından Azərbaycan dilində səlis oxumağı və yazmağı bacarıb. Riyazi hesablamaları tez qavraması, suallar verməyi sevməsi, hətta “Quran” ayələrini əzbər bilməsi ailədəki hər kəsi heyrətləndirib. Bundan başqa, bayraqları tanımağı hobbi deyil, sanki yaddaş məşqi kimi onun gündəlik fəaliyyətinə çevrilib.

“Bir yaşı olanda gördük ki, heç bir oyuncaqla oynamır. Ziyalı ailəsi olduğumuzdan evdə daim kitab və qələm olub. Sabir də həmişə kitab-dəftərlə oynayırdı. Onun marağını görüb, istedadının qarşısını almaq yox, dəstəkləmək qərarına gəldik”, - deyə C.Ağaverdiyev əlavə edir.

Sabir indiyədək dörd dəfə beynəlxalq müsabiqədə finala çıxmasına baxmayaraq, ailəsi xaricə getməkdə çətinlik çəkib. Çünki bu səfərlərin bütün xərcini ailə qarşılamalı idi – həm bilet, həm qalmağa yer, həm də azyaşlı olduğuna görə müşayiətçi xərcləri. Elə axırıncı olimpiadanın finalına da gedə bilməyəcəkləri üçün təəssüflənir.

Cabir Ağaverdiyev deyir: “Artıq beşinci dəfədir ki, finala çıxırıq, amma xaricdə olduğuna görə gedə bilmirik. Tokio, Sinqapur, başqa şəhərlər… Hamısında final var idi, amma imkanımız çatmadığına görə gedə bilmədik. Mənim məqsədim şikayətlənmək deyil, sadəcə vəziyyəti izah etməkdir. Arzum odur ki, belə uşaqların yolu açıq olsun. Oğlumun ölkəmizi beynəlxalq olimpiadaların final mərhələlərində təmsil etməsini istərdim”.

Sabirin otağı diplomlar, rəflərə düzülmüş medallar, kitablar və intellektual oyunlara aid vəsaitlərlə doludur. Otaq balaca olsa da, sanki böyük arzular ilə genişlənir.

O, günün müəyyən hissəsində dərslərinə hazırlaşır, həftədə iki gün musiqi dərslərinə, iki gün isə şahmat dərnəyinə gedir. Bundan əlavə, beynəlxalq olimpiada üçün onlayn hazırlıqlarda da iştirak edir. Valideynləri onun həm akademik, həm də yaradıcı inkişafına dəstək olmaq üçün əllərindən gələni edirlər.

Məsələ ilə əlaqədar təhsil eksperti Elçin Əfəndinin də fikrini öyrəndik. O bildirib ki, olimpiadalarda iştirakın maliyyələşdirilməsi iki qaydada həyata keçirilir: “Əgər Elm və Təhsil Nazirliyi hər hansı beynəlxalq olimpiadada iştirakla bağlı rəsmi tövsiyə verirsə, həmin şagirdlərin bütün xərcləri dövlət tərəfindən qarşılanır. Lakin nazirliyin tövsiyə etmədiyi, şəxsi təşəbbüslə qatılmaq istənilən digər olimpiadalarda isə xərclər şagirdlərin valideynləri tərəfindən ödənilir”.

Ekspert qeyd edib ki, bəzən hazırlıq və iştirak xərclərini tərəfdaş şirkətlər də üzərinə götürə bilir: “Məsələn, əvvəlki illərdə “Azercell” və digər şirkətlər bəzi fənlər üzrə hazırlıq prosesinin maliyyələşdirilməsində iştirak edib”.

Bütün bu uğurlara və parlaq istedadına baxmayaraq, balaca Sabirin beynəlxalq olimpiadaların final mərhələlərində iştirakı valideynlərinin üzərinə düşən maliyyə xərcləri səbəbindən hələ ki, reallaşmır. Hüquqşünas olmaq və Azərbaycanı layiqincə təmsil etmək arzusunda olan bu istedadın potensialının tam üzə çıxarılması üçün əlavə dəstəyə ehtiyacı var.

-1 / 13

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri