Icma.az
close
up
RU
BAYRAQDAN MƏSULİYYƏTƏ Rəsulzadənin dövlətçilik düşüncəsi

BAYRAQDAN MƏSULİYYƏTƏ Rəsulzadənin dövlətçilik düşüncəsi

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əliməmməd Nuriyev, 

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri

Azərbaycan siyasi fikir tarixində elə şəxsiyyətlər var ki, onların irsi yalnız müəyyən tarixi mərhələnin hadisələri ilə deyil, formalaşdırdıqları düşüncə sisteminin zamanlararası davamlılığı ilə ölçülür. Məmməd Əmin Rəsulzadə məhz bu qəbildən olan nadir simalardandır.

O, təkcə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri deyil, milli dövlətçiliyin ideya-fəlsəfi əsaslarını formalaşdırmış siyasi mütəfəkkirdir. Rəsulzadənin yazıları və çıxışları istiqlal anlayışını emosional çağırış səviyyəsindən çıxararaq hüquqi şüur, siyasi iradə və tarixi məsuliyyət müstəvisinə daşıyır.

Rəsulzadənin dövlətçilik düşüncəsinin mərkəzində istiqlal anlayışı dayanır. Lakin bu istiqlal sadəcə siyasi müstəqillik faktı kimi təqdim edilmir. O, istiqlalı nəsillər arasında ötürülən mənəvi və siyasi öhdəlik kimi dərk edirdi. Bu baxımdan “Əsrimizin Səyavuşu” əsərinin sonunda yer alan məşhur xitabət sadə şüar deyil, ideya manifesti xarakteri daşıyır: “Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: ‘Bir kərə yüksələn bayraq - bir daha enməz!’”

Bu cümlə Azərbaycan siyasi yaddaşında təkcə simvol deyil, istiqlalın təsadüfi hadisə yox, iradə və qurbanlar nəticəsi olduğunu xatırladan tarixi mövqedir.

Rəsulzadənin fikrincə, istiqlal yalnız əldə edilən hüquq deyil, onu qorumağı bacaran cəmiyyətin keyfiyyət göstəricisidir. Bayrağın enməməsi romantik arzu deyil; bu, hüquqi şüurunu və siyasi məsuliyyətini itirməyən millətin davranış nəticəsidir. Bu yanaşma Rəsulzadənin dövlətçiliyi statik vəziyyət kimi deyil, daimi sınaq prosesi kimi gördüyünü göstərir. Dövlət onun üçün hazır verilmiş mexanizm deyil, davamlı şəkildə qorunmalı və yenidən təsdiqlənməli olan siyasi quruluşdur.

Milli ideya məsələsində də Rəsulzadə sadələşdirilmiş etnik yanaşmadan uzaq dayanır. Onun üçün millət hazır verilmiş bioloji fakt deyil, formalaşan siyasi varlıqdır. 1952-ci ildə Ankarada nəşr olunan “Azerbaycan” jurnalında dərc edilmiş “Millət olmaq əzmi” məqaləsində bu fikir aydın şəkildə ifadə olunur: “Bir milliyyətin millət halına gəlməsi ümumi şüurun və kollektiv (maşeri) iradənin ortaya çıxmasına bağlıdır.”

Burada millət anlayışı passiv tarix mirası yox, şüurlu seçim və ortaq iradə nəticəsi kimi təqdim edilir. Bu yanaşma milli ideyanı hüquqdan və vətəndaşlıqdan ayırmır, əksinə onları bir-birini tamamlayan əsaslar kimi birləşdirir.

Rəsulzadə millətçilik anlayışını da dəqiqliklə ayırd edir. “Millətçilik — Patriotizm” məqaləsində o, milliyyət və millət anlayışları arasındakı fərqi belə izah edir: “Milliyyət müəyyən şərtlər nəticəsində vücuda gəlmiş statik bir varlıqdır; millət isə bu statik varlığın şüurlaşan dinamik bir şəklidir.”

Bu fikir Rəsulzadənin millətçiliyinin nə romantik nostalji, nə də ideoloji sərtlik üzərində qurulduğunu göstərir. Millət yalnız o zaman real siyasi subyektə çevrilir ki, dövlət olmaq əzmində israr etsin və bu əzmi hüquqi institutlarla möhkəmləndirsin. Bu ideya xətti birbaşa dövlətçilik fəlsəfəsinə aparır. Rəsulzadə üçün dövlət millətin üzərində dayanan güc deyil, millətin şüurlu iradəsindən doğan siyasi təşkilatlanmadır. Onun publisistik irsində azadlıq və istiqlal anlayışları daim təşkilatlanma və məsuliyyət tələbi ilə yanaşı verilir. Hürriyyət təsadüfən əldə edilən nemət yox, qorunması iradə, hüquq və institut tələb edən dəyər kimi təqdim olunur.

Rəsulzadənin sürgün illərində də bu mövqedən geri çəkilməməsi onun siyasi xadimdən çox ideya adamı olduğunu göstərir. Dövlət itirilə bilər, lakin dövlətçilik fikri itirilmədikcə tarix həmin ideyanın qayıdışı üçün zəmin yaradır. Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsi bu baxımdan təsadüfi hadisə yox, Rəsulzadə düşüncə xəttinin tarixi davamı kimi dəyərləndirilə bilər.

Bu gün Rəsulzadənin irsi bizdən yalnız sitatları xatırlamağı deyil, düşüncə ilə davranış arasında uyğunluq tələb edir. Dövlət gücü hüquqla məhdudlaşdırılırmı, milli ideya vətəndaş məsuliyyəti ilə tamamlanırmı, istiqlal gündəlik siyasi mədəniyyətdə yaşanırmı — bu suallar onun irsinin bu gün də aktual qalmasının əsas səbəbidir.

Bu gün doğum günü olan Məmməd Əmin Rəsulzadənin irsi bir daha xatırladır ki, istiqlal tarixdə baş vermiş hadisə deyil, hər nəsil tərəfindən yenidən dərk edilməli və qorunmalı olan siyasi və mənəvi məsuliyyətdir.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 Yanvar 2026 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see276

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see225

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see217

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see215

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see213

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see212

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see211

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see210

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see207

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see206

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see205

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see203

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see202

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see199

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see198

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see197

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see194

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see193

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see189

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri