Icma.az
close
up
RU
Tibbdə tarixi an: Xəstə ağciyərləri olmadan iki gün yaşadı

Tibbdə tarixi an: Xəstə ağciyərləri olmadan iki gün yaşadı

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Tibb dünyasında yaşanan yeni bir inkişaf bioloji sərhədlərin necə zorlanacağını bir daha sübut edib. Şiddətli infeksiya səbəbindən ağciyərləri tam funksiyasını itirən və demək olar ki, "əriyən” 33 yaşlı bir xəstə, orqan köçürülməsindən əvvəl tam iki gün ərzində ağciyərləri olmadan həyatda qalmağı bacarıb.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Nortvestern Universitetinin mütəxəssisləri tərəfindən həyata keçirilən bu əməliyyat, insanın sağ qalması üçün ağciyərlərin mütləq şərt olması barədə milyonlarla illik qaydanı, ən azı müvəqqəti olaraq, kənara qoyub. Bu hadisə müasir tibbin təkcə xəstələri müalicə etmədiyini, eyni zamanda həyatla ölüm arasındakı incə xətti yenidən müəyyən etdiyini göstərir.

Hər şey sağlam bir kişinin Influenza B virusuna yoluxması ilə başlayıb. Əvvəlcə adi qrip kimi görünən vəziyyət qısa müddətdə kəskin tənəffüs çatışmazlığına çevrilib və xəstəxanaya çatdırıldıqda vəziyyəti artıq kritik həddə çatmışdı. Antibiotiklər və ənənəvi oksigen müalicələri ağciyərlərdəki dağıntını dayandırmağa kifayət etməyib. Ağciyərlər o qədər ağır zədələnib ki, həm ürək, həm də böyrəklər fəaliyyətini itirməyə başlayıb. Əməliyyata rəhbərlik edən professor Ankit Bharat bildirir ki, xəstə xəstəxanaya çatdığı an ürəyi dayanıb və ağciyər toxuması geri dönməz şəkildə sıradan çıxıb. Bu mərhələdə klassik üsullar yetərsiz qaldığı üçün tibb komandası radikal qərar verərək infeksiya ocağına çevrilmiş ağciyərləri tamamilə çıxarmağa və xəstəni süni bir sistemlə həyatda saxlamağa cəhd edib.

Ağciyərlərin bədəndən çıxarılması infeksiyanı nəzarət altına almaq üçün yeganə yol idi, lakin bu, çox böyük texniki problemi də ortaya çıxarıb. Ürək və ağciyərlər bir-biri ilə sıx bağlı olduğundan, ağciyərlər olmadan qanın oksigenlə təmin edilməsi və zəifləyən ürək ritminin qorunması demək olar ki, mümkünsüz sayılırdı. Mütəxəssislər mövcud texnologiyaları daha da təkmilləşdirərək qanın bədən xaricində oksigenləşdirilməsini təmin edən və ürək üzərindəki təzyiqi tarazlayan xüsusi sistem qurublar. Bu süni mexanizm iki gün ərzində xəstənin qanındakı karbon qazını təmizləyib oksigen təmin edərək digər orqanların bərpasına vaxt qazandırıb.

Köçürülmə üçün uyğun orqanlar tapıldıqda cərrahlar xəstənin ümumi vəziyyətinin əməliyyata dözə biləcək səviyyədə yaxşılaşdığına qərar verərək nəqli həyata keçiriblər. Çıxarılan köhnə ağciyərlər üzərində aparılan araşdırmalar qərarın nə qədər düzgün olduğunu bir daha sübut edib, çünki həmin toxumaların sağalma şansı tamamilə itmişdi. Köçürmədən sonra keçən iki il ərzində xəstənin tam sağlamlığına qovuşaraq normal həyata dönməsi bu üsulun uğurunu təsdiqləyib. Professor Ankit Bharat ümid edir ki, xüsusilə gənc yaşda ağır ağciyər zədələnməsi səbəbindən həyatını itirən xəstələrin qarşısını ala biləcək bu metod gələcəkdə daha çox xəstəxanada tətbiq olunacaq və donor gözləyən xəstələr üçün həyati əhəmiyyətli zaman qazandıracaq. /Qaynarinfo/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:327
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 31 Yanvar 2026 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri