8 yaşlı uşağı ölümdən qurtaran gözətçi mükafatlandırıldı
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sankt-Peterburqda gözətçinin yaşayış evinin 7-ci mərtəbəsindən yıxılan uşağı xilas etməsi barədə məlumat vermişdik.
525.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, həmin şəxs dünən Özbəkistan dövləti tərəfindən mükafatlandırılıb.
Belə ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu ölkənin vətəndaşı olan və hazırda Sankt-Peterburqda işləyən Xayrullo İbadullayevi "Jasorat" ("Cəsarət") medalı ilə təltif edib. Bu barədə mətbuata prezidentin mətbuat katibi Şerzod Asadov bildirib.
Xatırladaq ki, srağagün 7-ci mərtəbədən düşən 8 yaşlı oğlanı gözətçi havada tutaraq, yerə çırpılmağa qoymamışdı. Nəticədə hər ikisi ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdilər.
L.Tağıyeva
Baxış sayı:177
Bu xəbər 24 Fevral 2026 02:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















