80 yaşlı əfsanə vəfat etdi ölkədə bayraqlar bir həftə yarıya endirilir
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Amerika kantri musiqisinin ən məşhur simalarından biri, müğənni, bəstəkar və aktrisa Dolli Parton 80 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, Parton musiqi tarixinin ən məhsuldar mahnı müəlliflərindən biri hesab olunur.
O, yaradıcılığı ərzində təxminən 3 min mahnı yazıb, onların yüzlərlə nümunəsini özü lentə alıb.
Onun ən məşhur əsərləri sırasında “Jolene”, “Coat of Many Colors”, “9 to 5” və “I Will Always Love You” yer alır. Sonuncu mahnı daha sonra Uitni Hyustonun ifasında bütün dünyada böyük şöhrət qazanıb.
Partonun 25 mahnısı “Billboard”un kantri hit-paradında birinci yerə yüksəlib. O, karyerası ərzində 100 milyondan çox albom və səsyazması satıb, 11 “Grammy” mükafatı qazanıb.
Dolli Parton kino sahəsində də tanınıb. O, “9 to 5”, “Steel Magnolias”, “Rhinestone” və digər filmlərdə rol alıb. Parton 2001-ci ildə Songwriters Hall of Fame-ə, 2022-ci ildə isə Rock & Roll Hall of Fame-ə daxil edilib.
ABŞ Prezidenti Donald Tramp Partonun vəfatından sonra ölkə ərazisində Amerika bayraqlarının bir həftə müddətinə yarıya endirilməsi barədə qərar verdiyini açıqlayıb.
“Amerika Birləşmiş Ştatları genelində bayraqları bir həftə müddətinə yarıya endirirəm. Rahat yat, Dolli”, – deyə Tramp bildirib. (Musavat.com)
Bizim.Media
Baxış sayı:175
Bu xəbər 26 Avqust 2026 08:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















