83 min qadın və qız qəsdən öldürülüb
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
“BMT-nin məlumatına görə, son 20 ildə qadınlara qarşı zorakılığın səviyyəsi ildə cəmi 0,2 faiz azalıb. Beynəlxalq hesabatlara əsasən, 2024-cü ildə 83 min qadın və qız qəsdən öldürülüb. Onların 60 faizi həyat yoldaşları, keçmiş həyat yoldaşları və ya ailə üzvləri tərəfindən qətlə yetirilib”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova 25 noyabr – Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Beynəlxalq Mübarizə Günü münasibətilə keçirilən konfransda deyib.
O bildirib ki, gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası hər il noyabrın 25-dən dekabrın 10-dək keçirilir. Bu tarixlər qadınlara qarşı zorakılıqla mübarizə və insan hüquqları arasında birbaşa əlaqəni ifadə edir.
Hicran Hüseynovanın sözlərinə görə, dünyada hər gün orta hesabla 137 qadın və qız qətlə yetirilir. Stiqma və qorxu bu cinayətlərin aşkarlanmasına mane olduğundan faktiki göstəricilərin daha yüksək olduğu ehtimal edilir.
O vurğulayıb ki, qadın və qızların zorakılıqdan azad yaşamaq hüququ beynəlxalq konvensiyalar və milli qanunlarla tanınan fundamental insan hüququdur. Hər bir qadın təhlükəsiz yaşamaq, işləmək və təhsil almaq hüququna malikdir.
Komitə sədri əlavə edib ki, gender əsaslı zorakılıq yalnız zərərçəkənlərin həyatına deyil, ictimai təhlükəsizliyə, iqtisadi fəallığa və demokratik təsisatlara olan etimada da mənfi təsir göstərir.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 25 Noyabr 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















