Icma.az
close
up
RU
8500 il əvvəl dənizdə itmiş sualtı şəhər tapıldı FOTO

8500 il əvvəl dənizdə itmiş sualtı şəhər tapıldı FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Arxeoloqlar Daniyanın Orxus körfəzində "Daş dövrünün Atlantidası" adlandırılan sualtı şəhər aşkar ediblər. Tədqiqatçılar heyvan sümükləri, daş alətlər, ox ucluqları, bir suiti dişi və kiçik işlənmiş taxta parçası tapıblar. Mütəxəssislərin fikrincə, bu, sadə bir alət olub və müəyyən fəaliyyətlə məşğul olan insanların burada mövcudluğunu sübut edir.

Avtosfer.az bildirir ki, tədqiqatçıların tapdığı kiçik yaşayış məskəninin ölçüsü təxminən 430 kvadrat futdur (təqribən 40 kvadrat metr).

Sonuncu buzlaq dövrü təxminən 8500 il əvvəl başa çatdı və nəhəng buz qatları əriməyə başladı. Dəniz səviyyəsi sürətlə qalxaraq, bəzən bir əsrdə bir neçə metr yüksəlir, daş dövrünün yaşayış məskənlərini su altında qoyur və ovçu-toplayıcı icmaları materikin dərinliklərinə çəkilməyə məcbur edirdi.

Qazıntılara rəhbərlik edən sualtı arxeoloq Peter Mo Astrupun sözlərinə görə, dəniz səviyyəsinin qalxması sahil xətlərini kəskin şəkildə dəyişib:

"Bu, sanki zaman kapsuludur. Dəniz səviyyəsi qalxdıqda, hər şey oksigensiz mühitdə qorunub saxlanıldı... Zaman sadəcə dayandı. Əslində bizim qarşımızda qədim sahil xətti var. Burada sahil boyunda yerləşmiş bir yaşayış məskəninə sahibik", - deyə o bildirib.

Bu yay dalğıclar Orxus şəhərinə yaxın ərazidə suyun təxminən 8 metr dərinliyinə enərək, xüsusi sualtı "tozsoranlardan" istifadə etməklə kövrək artefaktları zədələmədən topladılar. Komanda sahəni addım-addım araşdıraraq, hər tapıntını dəqiq şəkildə sənədləşdirdi ki, bu da onlara zamanın donub qaldığı məskənin planını və gündəlik həyatını bərpa etməyə imkan verdi.

Kəşf, 15,5 milyon dollarlıq, 6 illik beynəlxalq layihənin bir hissəsidir. Layihənin məqsədi Baltik və Şimal dənizlərinin dibini xəritələşdirərək, sualtı külək elektrik stansiyaları və digər dəniz infrastrukturu genişlənərkən mezolit dövrünə aid itirilmiş yaşayış məskənlərini tapmaqdır. Əvvəllər bu dövrə aid əsas sübutlar quruda, qədim sahil boyunda aşkarlanmışdı, lakin bu tapıntı dəniz dibində tapılan ilk nümunələrdən biridir.

Astrup və komandası gələcək qazıntılarda harpunlar, balıq ovu qarmaqları və ya balıqçılıq qurğularının izlərini tapacaqlarına ümid edirlər. Bu yer tədqiqatçılara mezolit insanlarının ətraf mühitlə necə qarşılıqlı əlaqədə olduqlarına nadir bir baxış imkanı verir. Sahildə yaşayan insanlar əsasən balıqçılıq, suitilərin ovu və yaxınlıqdakı meşələrdən bitkilərin yığılması ilə dolanırdılar. Odun və qoz-fındıq kimi üzvi materialların qorunub saxlanılması alimlərə təkcə insanların nə bişirdiyini və yediyini deyil, həm də dəyişən landşaft şəraitində yaşamaq üçün alət və üsulları necə uyğunlaşdırdıqlarını anlamağa imkan verir.

Orxus körfəzindəki nisbətən sakit və dayaz suda aparılan qazıntılardan və Almaniya sahillərindəki dalışlardan sonra, daha çətin və əlverişsiz olan Şimal dənizində iki yerdə növbəti işlərin aparılması planlaşdırılır.

Min illər əvvəl dəniz səviyyəsinin qalxması həm də Doggerlend adlanan geniş ərazinin su altında qalmasına səbəb olub. O vaxtlar bu torpaq kütləsi Böyük Britaniyanı Avropa ilə birləşdirirdi, indi isə Şimal dənizinin cənub hissəsinin altında yerləşir.

Dəniz sularının nə qədər sürətlə qalxdığını izləmək üçün danimarkalı alimlər dendroxronologiya metodundan - ağac halqalarının öyrənilməsindən istifadə edirlər. Çöküntülərdə qorunub qalmış su altında qalan ağac kötükləri dəqiq tarixləndirilə bilər. Bu isə o dövrlərdə dənizin sahil meşələrini nə vaxt basdığını müəyyənləşdirməyə imkan verir.

Moesqaard Muzeyinin dendroxronoloqu Yonas Ogdal Jensen daş dövrünə aid ağac gövdəsinin kəsiyini mikroskop altında araşdıraraq deyib:

"Biz çox dəqiq müəyyən edə bilirik ki, bu sahil ağacları nə vaxt məhv olub. Bu bizə dəniz səviyyəsinin zamanla necə dəyişdiyini göstərir".

Müasir dünya iqlim dəyişikliyi səbəbilə dəniz səviyyəsinin qalxması ilə üzləşdiyi üçün, alimlər ümid edirlər ki, bu araşdırmalar 8 min il əvvəl sahil xətlərinin dəyişməsinə daş dövrü insanlarının necə uyğunlaşdığını anlamağa işıq salacaq.

Qazıntılara rəhbərlik edən Peter Mo Astrup isə etiraf edir:

"İnsanlar üçün bunun nə demək olduğunu dəqiq söyləmək çətindir. Amma uzunmüddətli perspektivdə bunun çox böyük təsiri olub, çünki landşaftı tamamilə dəyişib".

Qeyd edilir ki, 2023-cü ilə qədər olan onillikdə dünya üzrə dəniz səviyyəsi orta hesabla təxminən 4,3 santimetr yüksəlib. /lent.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:301
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 01 Sentyabr 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri