Icma.az
close
up
RU
8500 manat verdilər, ortada nə qəbul var, nə pul “AİD Group” yenidən gündəmdə

8500 manat verdilər, ortada nə qəbul var, nə pul “AİD Group” yenidən gündəmdə

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Nigar Fərhadın təsisçisi olduğu “AİD Group” xaricdə təhsil şirkətindən şikayətlər hələ də səngimir.

Lent.az-a müraciət edən şikayətçi Əbdülhəmid Xəlilov bildirib ki, o və dostu xaricdə magistratura oxumaq üçün “AİD Group”a ümumilikdə 8500 manat ödəniş ediblər:

“2025-ci ilin sentyabrın 10-da dostumla birlikdə "Nizami" metrostansiyası yaxınlığında yerləşən "AİD Group" şirkətinin ofisinə yaxınlaşdıq. Nigar Fərhad özü bizimlə görüşüb bildirdi ki, Kanada da magistratura oxuyaraq həm təqaüd alacağıq, həm yataxana ilə təmin olunacağıq, həm də iş icazəmiz olacaq. Bunlarla yanaşı bir neçə aydan sonra təhsilhaqqından da azad olunacağımızın vədini verdi.

Lakin Kanadaya getmək üçün viza alınmalı olduğunu, əgər viza verilməzsə belə, pulumuzu 100%-ni geri qaytaracaqlarını söylədi. Həmin gün saat altıya qədər ümumilikdə adambaşı 4250 manat ödəniş etməli olduğumuzu, etməzsək altı ay sonraya qalacağını söylədi. Dərhal evə gedib ümumilikdə 8500 manat pulu gətirib verdik. Bu ödənişə görə bizə qaimə, qəbz təqdim etdilər və müqavilə bağlandı.

Müqavilədə “lazım olan sənədləri sizdən istədikdə, gətirin” bəndi qeyd olunmuşdu. Biz Nigarla danışanda söylədik ki, xaricdə təhsil üçün dil sertifikatı lazımdırmı? O isə “yox, lazım deyil”, cavabını verdi.

Müqavilə bağlayandan iki həftə sonra yenidən şirkətə yaxınlaşanda “siz “IELTS” almalısınız”, dedilər. Bunu mənə söyləməmisiniz dedikdə isə, “əgər gətirməsəniz, müqaviləniz pozulacaq və ödənişiniz geri qaytarılmayacaq”, dedilər.

Mən “IELTS”ə hazırlaşıb imtahan verməyə hazırlaşanda "AİD GROUP"la əlaqə saxlamağa başladım, amma mənə heç bir sosial şəbəkədən cavab vermirdilər. Şirkətə yaxınlaşanda köçdüklərini görüb, soruşdum ki, nə baş verir? Bildirdilər ki, şirkətdə təmir işləri aparılacaq. Bir qədər keçəndən sonra xəbər tutdum ki, ofislərini bağlayıb, çıxıblar.

Bizim nə pulumuz qayıtdı, nə də ki, universitetə qəbul ola bildik. Ümumiyyətlə, adımızdan universitetə müraciət belə, etməyiblər”.

Zərərçəkmiş bildirib ki, Nigar Fərhadın dostu olan Peyman adlı şəxs hazırda şikayətçilərin sayını azaltmaq üçün onların bəzisinə cuzi ödənişlər edir:

“Zərərçəkənlərdən on-on beş nəfərə “ya ödənişinizin bir qismini qaytarırıq, ya da heç birini”, deyərək pullarının cuzi hissəsini qaytarıblar. Lakin onlara “dəymiş zərər tam ödənilib”, yazılı sənədi imzaladıblar. Ümumilikdə yüzdən çox şikayətçi var.Nigar azadlıqdadır. Peyman adlı dostu onun adından problemləri həll edir. Nigar Fərhad ona pul verdikdə Peyman da zərərçəkmişlərin pullarının bir azını ödəyərək şikayətçi sayını azaltmağa çalışır”.

"AİD Group" şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı. 

Qeyd edək ki, ötən günlərdə Nigar Fərhadın həyat yoldaşı olduğu bildirilən, şirkətin faktiki rəhbəri Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edildi və məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Avqust 2026 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri