Icma.az
close
up
RU
87 idi, 27 si qaldı...

87 idi, 27 si qaldı...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sülh prosesinin yekun mərhələyə qədəm qoyması erməni lobbisini narahat edir

Avqust ayında Vaşinqtonda baş tutan üçtərəfli danışıqlar, Ermənistan ilə Azərbaycan arasında sülh sazişi layihəsinin paraflanması münasibətlərin normallaşması prosesinə yeni bir yön verib - artıq hər iki ölkə sülh sənədinin imzalanmasının yaxın olduğunu bildirirlər və prosesin geridönülməzliyini vurğulayırlar. Paralel olaraq regionda digər sülhmöhkəmləndirici amillərin də rolu danılmazdır - Zəngəzur dəhlizinin (TRIPP) açılışı rəsmiləşir, Türkiyə - Ermənistan sərhəddinin açılmasının da öz həllini tapacağına inam var. Bu isə özlüyündə prosesin məntiqi nəticəyə doğru yol aldığını deməyə əsas verir. Baş verənlərdən ən böyük narahatlığı isə erməni lobbisi keçirir. Qarabağ mövzusunu özü üçün siyasi manevr predmetinə çevirən erməni lobbisi artıq məğlub olduğunu anlayır - istər xaricdə, istərsə də Ermənistan daxilində onların heç bir dəstəyi qalmayıb.

Amma bununla belə yenə də son çırpınışlarından əl çəkmirlər - xüsusilə, Bayden-Blinken hakimiyyəti dövründə ABŞ konqresində erməni maraqlarının müdafiəçisi kimi çıxış edən şəxslər yaranan vəziyyətdən “çıxış yolu” tapmağa niyyətləniblər.

Bu dəfə 27 senator...

Belə ki, ABŞ Senatının 27 üzvü Ed Marki və Şeldon Uaythausun rəhbərliyi, həmçinin Senatın demokrat lideri Çak Şumerin dəstəyi ilə ABŞ-ın Dövlət katibi Marko Rubioya məktub ünvanlayaraq Azərbaycana qarşı sərt tələblər irəli sürüblər. Senatorlar Rubiodan “Bakıda saxlanılan bütün erməni hərbi əsirlərin” və separatçı siyasi liderlərin “dərhal və qeyd-şərtsiz azad edilməsinə” nail olmağı tələb edirlər. Məktubda, həmçinin Azərbaycanın məhkəmə proseslərinə beynəlxalq müşahidəçilərin buraxılması və Azərbaycan rəsmilərinə qarşı “Qlobal Maqnitski Aktı” çərçivəsində sanksiyaların tətbiqi çağırışı yer alıb.

Senatorlar məktubda iddia edirlər ki, guya, Azərbaycanda saxlanılan separatçı qrupların üzvləri “amansız və alçaldıcı rəftara məruz qalıb”, Bakıda keçirilən cinayət məhkəmələrində “qeyri-şəffaflıq və prosessual pozuntular” mövcuddur. Onlar, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin müəyyən dövrlərdə regiondan çıxarılmasını “erməni məhbusların təhlükəsizliyini riskə atan faktor” kimi təqdim etməyə çalışıblar.

Məktubda senatorlar iddia edirlər ki, son iki ildə “120 min erməninin Qarabağ bölgəsindən zorla çıxarıldığı” və bunun “etnik təmizləmə” kimi qiymətləndirildiyi bildirilir. Bu arqumenti əsas gətirən senatorlar ABŞ administrasiyasını “səssizlikdə günahlandırır” və Vaşinqtonun “regionda ədaləti təmin etmək üçün qəti mövqe nümayiş etdirməli olduğunu” qeyd edirlər.

Cinayətdə ittiham olunan şəxsləri məsuliyyətdən yayındırmaq arzusu...

Sirr deyil ki, ABŞ-dakı erməni diasporu həmişə Ermənistanı müharibəyə sürükləyib, Qarabağ kartından özü üçün siyasi manipulyasiya vasitəsi kimi istifadə edib. Onların “himayəsinə” sığınan bəzi senatorlar və konqresmenlər isə bu məsələyə maliyyə və siyasi dəstək almaq üçün “imza” atırlar. Son 11 ayda  bu tip “müraciət” artıq üçüncüdür - bundan öncə, fevral və iyul aylarında analoji “müraciətlər” edilmişdi. Erməni maraqlarını bəzi məqamlarda öz ölkəsinin mənafeyindən üstün tutan Bayden administrasiyasının seçkilərdə məğlub olmasının ardından ABŞ-da yeni siyasi mühit formalaşmışdı. Ard-arda edilən “müraciətlərin” də mahiyyətində bu məsələyə dayanır - son 11 ayda atılan addımlar, yeni administrasiyanın apardığı şəffaf siyasət, xüsusilə Vaşinqton görüşündə əldə olunan razılıqlar erməni lobbisinin “dəyənək dəstəsi”nə çevrilmiş konqresmenləri “tərpədib”. Məsələnin mahiyyətinə keçməmişdən vurğulanmalıdır ki, müraciət edənlərin sırası get-gedə seyrəlir - əgər aylar öncə bu “müraciətə” 87 deputat imza atırdısa, artıq onların sayı 3 dəfə azalıb. Səbəb isə bəllidir - hər kəs reallığı görür və dəyərləndirir. Konkret cinayətlərdə ittiham olunan, hazırda məhkəmə prosesi davam edən şəxslərin “azad edilməsi” kimi yolverilməz və siyasi mahiyyətə malik “iddia”nın irəli sürülməsi qeyri-realdır. Bu şəxslər məhkəmə qarşısındadır - hüquq və ədalət onların törətdikləri əməllərin məsuliyyətinin dərəcəsini müəyyən edəcək. 27 senatorun prosesi qabaqlamağa calışaraq cinayətdə ittiham olunan şəxsləri məsuliyyətdən yayındırmaq cəhdi isə birbaşa hüquqa zidd addımdır. Təbii ki, səbəb də bəllidir - ittiham olunan şəxslər arasında erməni lobbisinin ayrı-ayrı ölkələrdəki, xüsusilə ABŞ-dakı yerli icmaları ilə yaxın və hətta biznes əlaqələrinə malik şəxslər mövcuddur. Bunun nəticəsidir ki, məhkəmə müddətində həmin amerikalı deputatlar cidd-cəhdlə onların azadlığa çıxmasını, məsuliyyətdən yayınmasını istəyirdilər.

“120 min erməni” yalanı...

Məktubu imzalayan senatorlar son iki ildə “120 min erməninin Qarabağ bölgəsindən zorla çıxarıldığını” yazır və bunu “etnik təmizləmə” kimi qələmə verir. Təbii ki, bu da ağ yalandır - 2023-cü ilin sentyabrında baş tutmuş antiterror tədbirlərindən sonra könüllü şəkildə Qarabağdan Ermənistana köçən insanların təhlükəsizliyi tam şəkildə təmin edilmişdi - bunu təsdiqləyən, videokadrlar da mövcuddur. Paralel olaraq, Ermənistana getməyi qərarlaşdıran şəxslərə nəqliyyat vasitələri ilə bağlı yardım belə edilib. Ən əsası isə, onlara Qarabağda qalıb orada yaşamaq da təklif edlilmişdi - təklifi qəbul edəcək şəxslər Azərbaycan qanunları çərçivəsində yaşayacaqdı. Amma onlar Azərbaycan ərazisindən Ermənistana köçməyə üstünlük verdi - Azərabycan isə həmin insanların qərarına hörmətlə yanaşdı.

Könüllü köç edən insanların sayına gəldikdə isə bu rəqəm qəsdən şişirdilib - çünki rəqəm ortadadır. Azərbaycan torpaqlarını tərk etmiş erməni əsilli şəxslərin mütləq əksəriyyəti Ermənistan vətəndaşıdır və Ermənistan Respublikasının pasportunu daşıyır. Belə olan halda, onlar necə Qarabağın “erməni əhalisi” sayıla bilər? 27 senatorun qərəzi bu məqamda da özünü açıq şəkildə büruzə verir.

Tramp “Vaşinqton bataqlığı”nı qurudur...

Əslində, bu senatorların məktubu birbaşa ABŞ Prezidenti Donald Trampın dünyada apardığı sülhpərvər siyasətə qarşı yönəlib. Donald Trampın hakimiyyətə gəldikdən sonra qlobal məkanda 10-a yaxın münaqişənin başa çatdırması faktı hər kəsə bəllidir. Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanması, Zəngəzur dəhlizi (TRİPP) ilə bağlı razılaşmanın əldə olunması faktı da göz önündədir - Donald Tramp 30 ildən artıq davam etmiş bu münaqişənin başa çatması və sülhün imzalanması üçün olduqca faydalı səy göstərib. Müraciət edən senatorlar isə artıq başa çatmaqda olan münaqişənin yenidən alovlanmasında maraqlı görünürlər. Bu konqresmenlərin bəyanatı regionda sülh prosesinə dəstək verən Prezident Trampa qarşı yönəlib - məqsəd yenidən münaqişəni alovlandırmaqla yanaşı, həm də Trampın dəstək verdiyi sülh gündəliyini aradan qaldırmaqdır. “Ermənilərin Qarabağa qayıdışı” tələbinin səsləndirilməsi isə sülh prosesini ləngidilməsinə hədəflənib. Təsadüfi deyil ki, bir neçə ay öncə Prezident İlham Əliyev III Qlobal Şuşa Media  Forumunda Prezident Trampın fəaliyyətindən danışarkən demişdi ki, o, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq: “O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun”.

Beləliklə, korrupsioner, uzun illər cəzasız qalan fırıldaqçı senator və konqresmenlər Tramp administrasiyasının bu “bataqlığı” qurudacağını və cəzalandırılacaqlarını anlayıblar. Onların Trampın bütün təşəbbüslərini, o cümlədən sülh təşəbbüslərini də gözdən salmağa çalışmaları buradan qaynaqlanır.

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Noyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see233

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see222

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see194

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see147

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see146

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see145

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see133

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see125

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri