Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Martın 27 si Azərbaycanda Elm Günüdür

Martın 27 si Azərbaycanda Elm Günüdür

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 mart, AZƏRTAC

Martın 27-si Azərbaycanda Elm Günüdür. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsis edilmiş bu əlamətdar gün ölkəmizdə elmin inkişafına, alimlərin cəmiyyətdəki nüfuzunun artırılmasına və bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin təzahürüdür.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb. Ötən il ölkəmizdə AMEA-nın yaradılmasının 80 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması, elm və təhsilin inteqrasiyası istiqamətində atılan addımlar 2026-cı ildə Azərbaycan elminin yeni keyfiyyət mərhələsinə qədəm qoymasını şərtləndirib. Yubiley yığıncağında dövlətimizin başçısı tərəfindən müəyyən edilən hədəflər çərçivəsində, elmi fəaliyyətin rəqəmsallaşdırılması və süni intellekt texnologiyalarının tədqiqat proseslərinə inteqrasiyası 2026-cı ilin əsas fəaliyyət istiqamətlərindən biri kimi qəbul edilib.

Tarixi irs və Heydər Əliyev strategiyası

Ötən əsrdə Azərbaycan elminin sistemli şəkildə formalaşması və beynəlxalq miqyasda tanınması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər elmi xalqın milli sərvəti hesab edərək, akademiyanın müstəqil dövlətçilik maraqlarına xidmət edən bir qurum kimi inkişafına nail olub. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində Azərbaycan elmi təkcə fundamental araşdırmalarla məhdudlaşmır, həm də ölkənin iqtisadi və hərbi qüdrətinin artırılmasına birbaşa töhfə verir.

Azad Qarabağda elm və təhsilin təntənəsi

İşğaldan azad edilmiş ərazilərdə elmi potensialın bərpası 2026-cı ilin əsas hədəfləri sırasındadır. Bu istiqamətdə mühüm addım kimi, 2025-ci ilin sonunda Botanika İnstitutu tərəfindən son onilliklərin fundamental əsərlərindən olan “Qarabağ florası” kitabı nəşr edilib. Bu nəşr azad edilmiş torpaqların təbii resurslarının elmi inventarlaşdırılması və ekoloji bərpası üçün mühüm elmi baza rolunu oynayır. Eyni zamanda, Qarabağ Universitetinin fəaliyyətinin genişlənməsi və Xankəndidə elmi mərkəzlərin qurulması regionun intellektual mərkəzə çevrilməsini təmin edir. Şərqi Zəngəzur və Qarabağda aparılan arxeoloji, ekoloji və seysmoloji tədqiqatlar dünya elmi ictimaiyyətinin diqqət mərkəzindədir.

Türk dünyasının intellektual mərkəzi: 100 illik tarixi yol

2026-cı ilin elmi təqvimi həm də Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması ilə əlamətdardır. Bir əsr əvvəl Bakıda keçirilmiş bu Qurultay türk xalqlarının elmi-mədəni birliyi, ortaq əlifba və terminologiya məsələlərində mühüm strateji qərarların qəbul edildiyi mərkəz rolunu oynayıb. Yubiley çərçivəsində Bakıda keçirilən elmi forum və sessiyalar Azərbaycanın Türk dünyasında elmi-humanitar mərkəz statusunu möhkəmləndirib. Bu tədbirlər həm fundamental türkoloji tədqiqatlar, həm də müasir humanitar elmlər sahəsində ölkəmizin elmi potensialını və mövqeyini təsdiq edir.

Beynəlxalq əməkdaşlıq və gənc alimlər

Bu gün Azərbaycan alimləri dünyanın nüfuzlu “Web of Science”, “Scopus” elmi bazalarında yüksək istinad indeksləri ilə təmsil olunurlar. Dövlətin yaratdığı imkanlar sayəsində gənc tədqiqatçıların beynəlxalq laboratoriyalarda təcrübə keçməsi, birgə qrant layihələrinin icrası Azərbaycan elminin dünya elminə inteqrasiyasını sürətləndirir.

2022-ci ildə Elm və Təhsil Nazirliyinin yaradılması və onun yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyətə başlaması ilə elmi fəaliyyətin idarəetmə mexanizmi təkmilləşdirilib. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın yekun ilində bu islahatların nəticələri özünü elmi nəticələrin kommersiyalaşdırılması və universitet-sənaye iş birliyinin genişlənməsində göstərir.

Elm Günü həm də bir hesabat günüdür. Azərbaycan dövləti elmə əsaslanan inkişaf yolunu seçməklə öz gələcəyini daha dayanıqlı və rəqabətədavamlı edir.

Müxbir – Aysel Azadqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Mart 2026 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri