87 yaşlı Əməkdar incəsənət xadimi vəfat etdi
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib.
Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvada anadan olub. 1964-cü ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu, 1967-ci ildə isə Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirib. O, 1970-ci ildə Azərbaycan SSR Dövlət Mükafatı laureatı, 1988-ci ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. O, eyni zamanda 2003-cü ildən Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü idi. Alla Axundova "Şərikli çörək" və "Alma almaya bənzər" filmlərinin ssenari müəllifidir. O, həmçinin Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini rus dilinə tərcümə edib. 1970-ci illərin məşhur rus tənqidçisi Stanislav Lesnovski Alla Axundovanı SSRİ-də müasir qadın poeziyasının üç əsas "sütun"undan biri adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 17 Sentyabr 2026 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















