8,8 milyon insanın məlumatları bu şifrə ilə oğurlanıb
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Danimarkada Mərkəzi Əhali Qeydiyyatı Sisteminə (CPR) edilən və milyonlarla vətəndaşın şəxsi məlumatlarının sızması ilə nəticələnən kiberhücumun təfərrüatı ortaya çıxıb.
“Qafqazinfo” xəbər verir ki, hakerlər sistemə son dərəcə sadə - “123456” parolu vasitəsilə daxil olublar.
Danimarka hakimiyyət orqanları oktyabrın 5-də təxminən 8,8 milyon insanın adı, ünvanı və fərdi identifikasiya nömrələrinə icazəsiz giriş əldə edildiyini təsdiqləyib. Araşdırmalar göstərib ki, hakerlər dövlət sistemini birbaşa sındırmaq əvəzinə, qeydləri sorğulamaq hüququ olan “Pays ApS” adlı İT şirkətinin giriş məlumatlarından istifadə ediblər.
“Politiken” qəzetinin araşdırmasına əsasən, hücumu həyata keçirən şəxs şirkətin keçmiş işçisinə məxsus sızdırılmış hesablardan istifadə edib. Məlum olub ki, şirkətə aid ən azı üç hesabda, o cümlədən admin hesabında parol kimi “123456” təyin edilibmiş. Şirkətin direktoru Sofi Laursen əhali qeydiyyatı sisteminə girişin oğurlandığını təsdiqləyib.
“The Register” nəşrinin məlumatına görə, kiberhücumçular sentyabrın 10-dan 20-dək olan müddətdə sistemdə 14 milyon avtomatlaşdırılmış sorğu həyata keçiriblər. Hadisə yalnız oktyabrın 2-də, şirkətə qeyri-adi dərəcədə yüksək xidmət haqqı fakturası gəldikdən sonra ortaya çıxıb. Hücumu təşkil edən şəxs əldə etdiyi məlumatları satmaq və ya paylaşmaq niyyətində olmadığını bildirib.
Danimarka hüquq-mühafizə orqanları sözügedən şirkətin dövlət reyestrinə çıxışını dərhal bloklayıb. Məsələ ilə bağlı genişmiqyaslı polis təhqiqatı başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 17 Oktyabr 2026 02:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















