899 cu qolunu vurdu
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
MLS-in növbəti oyunları çərçivəsində martın 8-nə keçən gecə "İnter Mayami" səfərdə "DC Yunayted"in qonağı olub.
Milli.Az xəbər verir ki, gərgin keçən qarşılaşma Mayami təmsilçisinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.
"İnter Mayami"yə vacib üç xalı qazandıran qolları argentinalı ulduzlar Rodriqo De Paul və Lionel Messi vurublar. Messi üçün isə bu qol xüsusi əhəmiyyət kəsb edib, belə ki, əfsanəvi futbolçu peşəkar karyerasında vurduğu qolların sayını 899-a çatdırıb. Meydan sahiblərinin yeganə cavab qoluna isə Tay Baribo imza atıb.
Qeyd edək ki, "İnter Mayami" keçirdiyi üç oyundan sonra 6 xal toplayaraq Şərq Konfransında 3-cü pillədə qərarlaşıb. Eyni sayda oyundan sonra 3 xalı olan "DC Yunayted" isə konfransda 7-ci yerdədir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 08 Mart 2026 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















