9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bakı Metropoliteni” QSC-nin Təşkilati inkişaf şöbəsinin rəhbəri Leyla Səfərova vəzifəsindən azad edilib.
L.Səfərova bu vəzifəyə ötən ilin aprel ayında təyin olunub.
O, bundan öncə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) layihə rəhbəri olub.
Əlavə olaraq, metroda Hərəkət xidmətinin rəisinə iki müavin təyin edilib. Bu vəzifələr Babək Əliyev və Toğrul Əliyevə həvalə olunub.
B.Əliyev bundan öncə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də Yük və kommersiya xidmətləri üzrə rəhbər müavini vəzifəsində çalışıb. T.Əliyev isə ADY-də Yük əməliyyatları xidmətinin rəhbəri olub.
Məlumat üçün deyək ki, Metropolitendə Hərəkət Xidmətinin rəisi Anar Zamanovdur. O, bu vəzifəyə ötən ilin iyun ayında təyin edilib.
Xatırladaq ki, bir müddət öncə QSC-nin Depolarla iş departamentinin rəhbəri Faiq Əhmədov da vəzifəsindən azad olunub. Onun yerinə sözügedən vəzifəyə Rəhman Kərimov gətirilib/APA
Xatrladaq ki, "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov bu posta qədər “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini işləyib.
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 Yanvar 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















