Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

9 cu sinif imtahanında səhv sual: bu il ballar düşəcək? AÇIQLAMA

9 cu sinif imtahanında səhv sual: bu il ballar düşəcək? AÇIQLAMA

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün Bakı şəhərinin Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbai, Pirallahı rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta məktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Buraxılış imtahanından sonra riyaziyyat fənni üzrə bir neçə sualın çətin olması ilə bağlı fikirlər səsləndirilib. Belə ki, qeyd olunan fənn üzrə 1 yaxud 2 sualda yanlışlıq olduğu bildirilir. Bu kontekstdə imtahanın ümumi çətinlik səviyyəsi və yekun nəticələrin necə formalaşacağı ətrafında da suallar yaranır.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, buraxılış imtahanından sonra ən çox narahatlıq doğuran fənn riyaziyyat fənni olub.

"Şagirdlər və bəzi müəllimlər bildirirlər ki, bu fəndən bir neçə sual kifayət qədər çətin olub. Hətta bir sualın səhv olduğu, bəzi yanaşmalara görə isə iki sualın yanlış olduğu bildirilir. Əgər həmin sualda səhv təsdiqlənərsə, DİM tərəfindən bu sual bütün şagirdlərin xeyrinə düzgün cavab kimi qəbul olunacaq".

Ekspert onu da qeyd edib ki, diqqət çəkən məqamlardan bir digəri də imtahan cavablarının gec açıqlanmasıyla bağlıdır:

"Adətən DİM imtahandan təxminən 2 saat sonra, saat 16:00 radələrində düzgün cavabları açıqlayırdı. Lakin son imtahanda cavabların açıqlanmaması bu sualın doğrudan da yanlış olması ətrafında şübhələri daha da artırıb.

Şagirdlərin nəticələrinə gəlincə, builki imtahan ötən ilin 9-cu sinif buraxılış imtahanları ilə müqayisədə daha çətin hesab olunur. Keçən il sualların daha asan olması nəticələrin xeyli artmasına səbəb olmuşdu. Bu il isə balların müəyyən qədər aşağı düşəcəyi ehtimal edilir".

R.Nurəliyev əlavə edib ki, əslində gözlənti ondan ibarət idi ki, 9-cu siniflərin imtahanı 11-ci siniflərin imtahanı qədər çətin olacaq:

"Lakin bu hal baş vermədi, imtahan bir o qdəər ağır olmadı. Sadəcə riyaziyyat fənni üzrə ötən illə müqayisədə cüzi çətinlik hiss olunurdu. Ümumilikdə hələlik əsas çətinlik builki 11-ci siniflərin buraxılış imtahanlarında müşahidə olunub. Ehtimal edilir ki, bu fərq Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan blok imtahanlarında sualların səviyyəsinin müəyyən qədər asan olması ilə tənzimlənəcək".

Xatırladaq ki, imtahanda 49 701 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanda 54 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə məhdudiyyətli və digər) şagird də iştirak edib. Qayda pozuntusuna yol verdiyi üçün 4 nəfərdə mobil telefon aşkar olunaraq imtahandan xaric edilib.

Bundan əlavə, imtahanda iştirak üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, sənədin surəti ilə gələn və ya vəsiqəsində şəkil olmadığı üçün məktəbdən verilmiş şəkilli arayışı təqdim etməyən şagirdlər də qeydə alınıb.

Məlumat üçün bildirək ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt apardığından nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Aprel 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see340

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see332

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see330

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see329

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see281

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see269

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see266

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see262

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see255

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see254

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see232

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see230

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see221

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see215

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see212

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see212

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see200

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see196

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see189

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri