Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

9 türkün şəhid olduğu Bakı kəndi

9 türkün şəhid olduğu Bakı kəndi

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Bakının ən qədim yaşayış məskənlərindən biri də Digahdır. Qəsəbənin əsasını tərəkəmələr qoyub. Ağsaqqalların dediyinə görə, digər ərazilərdə qoyun sürüləri olan tərəkəmələrin burda da təsərrüfatı var imiş. Bəlkə də elə buna görə yerin adı Digahdır. Ad vaxtilə Bakı kəndlərində danışılan tat dilindədir. “Dügah” – “Dü – iki, ikinci”, “Gah – yer” deməkdir. Yəni, “İkinci yer”. Başqa bir versiyaya görə, Digah iki dağ arası deməkdir.

Kəndin əsasını tərəkəmələr qoysalar da, sonradan bura Cənubi Azərbaycandan şahsevən tayfasının davamçıları da gəliblər.

Qəsəbə ağsaqqallarının dediyinə görə, məscidin tikilməsindən sonra bura üz tutanların sayı artmağa başlayıb. Məscid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunur, Mədəniyyət Nazirliyinin məscidə təqdim etdiyi lövhədə abidənin 9-cu əsrə aid olduğu barədə qeyd var. Digahda qızların və oğlanların ayrı oxuduğu mədrəsələr də olub.

Burada bir neçə qədim tikili, yeraltı hamam olsa da, onlardan yalnız biri qalıb. Bircə yeraltı hamam.

Digahda vaxtilə mühüm əhəmiyyətə malik yol da varmış. Məlumatlı adamlar deyirlər ki, bir çox ünvanlara, hətta Məkkəyə ziyarətə gedənlər belə bu yoldan keçirmiş.

Digahda yaşayanların başqa bir dügahı da olub. Hava qızmağa başlayan kimi camaat Pirşağıdakı, Kürdəxanıdakı bağ evlərinə köçürmüşlər. Elə bu köç də bir dəfə kənd camaatını ölümdən xilas eləyib. 1918-ci ildə ermənilər bura da hücum edibmişlər. Amma camaat bağ evlərində olduğundan onlara zərər verə bilməyiblər. Buna baxmayaraq erməni xisləti özünü göstərib. Evləri dağıdıblar, evlərdəki əşyaları məhv ediblər. Evlərdən birində Fransadan gəlmiş sini qablar varmış, çırtma vuranda bir dəqiqə səs gəlirmiş, heç kimi tapmayan ermənilər tüfəngin qundağı ilə o qabların hamısını qırıblar. Kənddə adam tapmamağın qisasını sini qablardan alıblar.

Ağsaqqalların sözlərinə görə, ermənilər Kürdəxanıya da üz tutublar. Bundan xəbər tutan camaat səngər qazıb, düşmənə layiqli cavab verməyə hazırlaşırmışlar. Bir-biri ilə yola getməyən iki qoçu olub, birinin adı Balabəy, o birinin adı Adil. Onlar aralarındakı inckiliyi bir kənara qoyub, erməniyə qarşı birgə mübarizə haqqında razılığa gəlirlər. Ermənilər Kürdəxanıya girə bilmir. Ermənilərin Bakını kəndlərində at oynatmaq istədiyini eşidən Nuru Paşa isə onların dərsini vermək üçün əraziyə dəstə göndərir. Erməniləri zərərsizləşdirmək məqsədilə Digaha top da atılıb. Onların dediyi söz isə indi də yaddaşlardan silinməyib: “Bu, türkün topudur”. Düşməni torpaqlarımızdan rədd edən türklərin arasında 9-u şəhid olur. Bu gün Digah kəndində o şəhidlərin xatirəsinə abidə var. Yeri gəlmişkən, 44 günlük müharibədə, torpaqlarımızın işğaldan azad olunması uğrunda Digah qəsəbəsi də 6 şəhid verib. Qəsəbədə onların xatirəsinə şəhid bulağı tikilib.

Sovet dövründə bu kənddəki tərəkəmələr həm də taxıl əkirmiş. O vaxtlar buranın taxılı çox məşhur imiş. Bir çox yerlərdən bura taxıl almaq üçün gəlirmişlər, aclıq vaxtlarında belə digahlılar çox əziyyət çəkməyib, buranın taxılı həm onları, həm də qonşu kəndləri sağ saxlayıb.

Ötən əsrin 60-cı illərinə qədər camaat məhz taxılçılıqla dolanıb. 60-cı illərdə isə vəziyyət dəyişib. 1957-ci ildə Samur-Abşeron kanalının istismara buraxılması ilə əlaqədar Novxanı, Fatmayı və Digah kəndlərinin sahələrində üzümçülük sovxozlarının salınmasına qərar verilir və beləliklə digahlıların taxıl yerləri üzüm sahələri ilə əvəz olunur. Onlar da üzüm sahələrində işləməyə başlayırlar.

Ağsaqqallar deyirlər ki, Sovet hökuməti digahlıların bağ evlərini əllərindən alıb. Onları daha bir qazancdan, bağ evlərinin, həyətlərinin məhsulunu satmaqdan məhrum edib.

O dövrdə insanların 50 faizi sovxozda, 50 faizi isə neft mədənlərində çalışıb.

Digah indiyədək ən mühafizəkar kəndlərdən sayılıb. Elə bunun nəticəsidir ki, 60-cı illərə qədər Digahda qadınları işləməyə qoymayıblar. Xanımlar əsasən ev işləri ilə məşğul olub. 60-cı illərdə isə buz əriməyə başlayıb. Əslən bu kənddən olan xanımlar zaman-zaman müxtəlif yüksək vəzifələrdə də çalışıblar.

Digah həm də sürücü yetişdirməsi ilə məşhurdur. Bir zamanlar vəzifəli şəxslər öz sürücülərini məhz bu kənddən seçirmiş. İndinin özündə hər yüz nəfərdən yetmişi sürücüdür. Bu gün bir çox marşrutlarda məhz bu qəsəbədən olan sürücülər çalışır.

Ağsaqqallar bildirir ki, Digah həddindən artıq sakit yerdir. Heç kimin heç kimlə işi olmaz. Kimlərsə arasında narazılıq olsa, kənara sızmasına imkan verməzlər. Digahda kimsə polisə şikayət etməz, hüquq-mühafizə orqanları ilə işi olmaz. Onlar bir-biri ilə vuruşmaz, heç kimə pisliyi dəyməz, qonağa böyük hörmətlə yanaşarlar. Ağsaqqal belə deyir. Kiminsə söz-söhbəti olanda məhəllənin ağsaqqalı yoluna qoyur hər şeyi. İcra başçıları da hər dəfə deyirmişlər ki, nə yaxşı ki Digah kimi sakit yer var, onların heç vaxt polisə işi düşməyib.

Digahlılar dindar camaatdır. Hətta Sovet dövründə belə gizli ibadət ediblər. İndi də burda dinə meyl güclüdür. Xüsusilə də gənclər arasında…

Digahda qızları tez ərə versələr də, qədimdə kişilər 25-30 yaşına çatmamış evlənmirmiş. Ağsaqqallar deyirmiş, kişinin sümüyü bərkiməli, sonra ailə həyatı qurmalıdır. Evlənən çütlüklərin arasında böyük yaş fərq olurmuş. Xanım özündən təxminən 10 yaş böyük kişiyə ərə gedirmiş.//bakuplus.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Yanvar 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see501

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see474

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see283

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see264

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see257

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see256

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see246

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see243

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see243

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see237

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see233

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see224

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see221

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see212

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see209

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see200

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see197

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see194

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri