Icma.az
close
up
RU
907 ci düzəliş mahiyyətini itirib Rəfail Becanov

907 ci düzəliş mahiyyətini itirib Rəfail Becanov

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“ABŞ və İsraillə münasibətlərin dərinləşməsi bu məsələyə də təsir edə bilər”.

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.

O, ABŞ və İsrail ilə Azərbaycanın yaxın münasibətləri fonunda 907-ci düzəlişin ləğvinin mümkünlüyündən danışarkən bildirib ki, Təl-Əviv və Bakı münasibətlərinin yüksək səviyyədə formalaşmasının səbəblərindən biri də xalqlarımız arasında olan tarixi dostluqdur.

“Azərbaycan müxtəlif etnik qrupların, xalqların azad və təhlükəsiz yaşadığı ölkədir. Ölkəmizdə yaşayan yəhudilər də daim bunu hiss edib. Hörmət və ehtiramın, tolerantlığın şahidi olublar. Azərbaycan tolerant, müxtəlif xalqların bərabər hüquqlarla yaşadığı ölkələrdən biridir deyimi şüarçılıq yox, reallıqdır. Bizimlə onlar arasında qırılmaz bağlar və birgə tariximiz var. Dövlətlərimiz arasında da eyni səmimi münasibətlər illərdir formalaşıb”.

Onun sözlərinə görə, İsrail beynəlxalq müstəvidə dəstəyini hiss etdiyimiz ölkələrdən biridir:

"Gələcəkdə Azərbaycan-İsrail münasibətləri daha da dərinləşəcək. Türkiyə ilə İsrail arasında gərginlik konteksindən məsələyə baxsaq, hazırkı durumda münasibətlərin ittifaq formasında olacağı inandırıcı deyil. Amma qarşılıqlı etimad və tərəfdaşlığın daha da inkişaf edəcəyi və dərinləşəcəyi şübhəsizdir. Çünki Azərbaycan həm də Türkiyə ilə İsrail arasından münasibətlərin normallaşmasında vasitəçilik edir. Hər iki ölkənin nümayəndələri Azərbaycanda görüşür, müzakirələr aparır”.

R. Becanov əmindir ki, ABŞ ilə Azərbaycanın münasibətləri də həmişə normal, əməkdaşlıq səviyyəsində qurulub:

“Bayden administrasiyasının qərəzli siyasəti nəticəsində bu münasibətlər pisləşməyə doğru gedirdi. Lakin artıq nə Bayden vər, nə onun administrasiyası. Tramp hökuməti ilə münasibətlər normal məcrada davam edir. İttifaq yox, strateji tərəfdaşlıq, ayrı-ayrı məsələlərdə əməkdaşlığımızın daha da böyüyəcəyi gözlənilir. Çünki həm Tramp administrasiyası bu münasibətlərin inkişafında maraqlıdır, həm də Azərbaycanın strateji əhəmiyyəti çox böyükdür”.

O, əlavə edib ki, ABŞ-nin Azərbaycana qarşı qəbul etdiyi 907-ci düzəlişin bütünlükdə mahiyyəti artıq köhnəlib:

“907-ci düzəliş (Section 907 of the Freedom Support Act) ABŞ Konqresi tərəfindən 1992-ci ildə qəbul edilib və bu düzəlişə görə Azərbaycan hökumətinə ABŞ hökuməti tərəfindən birbaşa yardım göstərməsi qadağan olunur. Əsas səbəb də keçmiş Qarabağ münaqişəsində Azərbaycanın guya ermənilərə qarşı blokadası, güc tətbiq etməsi göstərilib. Artıq Qarabağ problemi, yaxud münaqişəsi deyilən məsələ yoxdur. Belə olan halda, əslində, həmin düzəliş təcili olaraq ləğv edilməlidir. Lakin hələ də 2001-ci ildən etibarən ABŞ prezidentlərinin bu düzəlişə istisna tətbiq etmələrinə baxmayaraq qüvvədədir”.

Təbii ki, ABŞ və İsraillə münasibətlərin dərinləşməsi bu məsələyə də təsir edə bilər. Azərbaycan enerji, təhlükəsizlik, geopolitik anlamda ABŞ ilə əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycan regional baxımdan çox əhəmiyyətli ölkədir. Nəqliyyat-kommunikasiya baxımından Şərqlə Qərb arasında əsas logistik mərkəzlərdən biridir. Bütün bu məsələlər düzəlişin ləğvini vacib edir. Haqqında bəhs edilən düzəlişin ləğvi Azərbaycanın da ABŞ-nin də xeyrinədir. Lakin bu düzəlişin ləğv edilməsinə mane olanlar var. Ermənipərəst konqresmenlər, ABŞ-dəki erməni lobbisi bunun əleyhinədir. Sözügedən düzəlişin ləğvi üçün fəaliyyətə başlamaq zamanıdır. Müxtəlif addımlarla və faktlarla ABŞ-nin yeni hakimiyyətinin nəzərinə çatdırmalıyıq ki, 907-ci düzəliş real vəziyyətlə uzlaşmır”, – deyə o, fikirlərini tamamlayıb.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 May 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see349

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see248

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see233

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see231

DÇ 2026 nın açılış mərasimi baş tutdu VİDEO

12 İyun 2026 01:07see215

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see205

Makrona gələ bilməyəcəyini dedi

12 İyun 2026 01:11see205

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see195

Evdə pişik saxlamaq uşaqlarda astmanı ağırlaşdırmır ARAŞDIRMA

12 İyun 2026 03:47see192

Tramp Cey Kleytonun Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini irəli sürüb

12 İyun 2026 01:16see181

“Qeyri neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb”

12 İyun 2026 12:16see180

Elvin Cəfərquliyev üçün Qarabağ klubuna rəsmi təklif gəlməyib

12 İyun 2026 12:15see177

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see175

Meksika tribunasından gələn səs izləyiciləri bezdirdi: Səbəb bu imiş

12 İyun 2026 03:49see174

DÇ 2026: Meksika mundiala CAR üzərində qələbə ilə başladı

12 İyun 2026 01:09see173

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

12 İyun 2026 12:17see167

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

12 İyun 2026 04:13see166

Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Türkiyədə səfərdə olub

12 İyun 2026 03:47see166

DURSUN HƏSƏNOV QƏFİL VƏFAT EDİB: Tanınmış şəxsin qardaşıdır FOTO

12 İyun 2026 15:55see165

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri