Icma.az
close
up
RU
907 ci düzəliş mövzusu niyə yenidən aktuallaşıb? politoloq şərh edir

907 ci düzəliş mövzusu niyə yenidən aktuallaşıb? politoloq şərh edir

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ–Azərbaycan münasibətlərində illərdir müzakirə mövzusu olan 907-ci düzəliş yenidən diqqət mərkəzinə gəlib. Uzun müddət ikitərəfli əlaqələrdə hüquqi və siyasi məhdudiyyət kimi qiymətləndirilən bu mexanizm müxtəlif dövrlərdə fərqli formada tətbiq edilsə də, mahiyyət etibarilə münasibətlərdə həssas mövzu olaraq qalmaqdadır. Son dövrlər regional və qlobal proseslər fonunda bu məsələnin yenidən gündəmə gəlməsi təsadüfi deyil.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibələrdə 907-ci düzəlişə toxunması göstərir ki, rəsmi Bakı mövcud reallıqları dəyişən geosiyasi şərtlər kontekstində qiymətləndirir. Dövlət başçısı bu məsələnin aktuallaşmasını Ermənistan–Azərbaycan münaqişəsinin aktiv fazasının başa çatması və ABŞ-da xarici siyasətdə praqmatik yanaşmaların ön plana çıxması ilə əlaqələndirib. Bu amillər uzun illər əsas arqument kimi istifadə edilən yanaşmaların artıq aktuallığını itirdiyini göstərir.

Mövzunu şərh edən politoloq Turan Rzayev bildirir ki, 907-ci düzəlişin qəbul edildiyi dövrün siyasi konteksti indiki vəziyyətdən kəskin şəkildə fərqlənirdi:

"1990-cı illərin əvvəllərində ABŞ Konqresində erməni lobbisinin təsiri güclü idi və Azərbaycanın yeni müstəqil dövlət kimi beynəlxalq müstəvidə imkanları məhdud idi. Bu amillər düzəlişin qəbulunu asanlaşdıran əsas səbəblərdən biri olub.

2002-ci ildən etibarən düzəlişin tətbiqi müxtəlif ABŞ administrasiyaları dövründə müvəqqəti olaraq dayandırılsa da, sənəd tam şəkildə gündəmdən çıxarılmayıb. Bu isə 907-ci düzəlişi Vaşinqtonun əlində müəyyən siyasi təsir mexanizmi kimi saxlayıb. Müxtəlif dövrlərdə ABŞ-ın regiona yanaşması dəyişdikcə, bu mexanizmin tətbiqinə münasibət də fərqli olub.

ABŞ üçün dəyişməz qalan əsas prinsip milli maraqlardır. Bu maraqlar çərçivəsində Azərbaycan enerji təhlükəsizliyi, regional sabitlik və nəqliyyat-logistika layihələri baxımından mühüm tərəfdaş kimi dəyərləndirilir. Məhz bu amil müəyyən mərhələlərdə ABŞ–Azərbaycan münasibətlərinin daha praqmatik müstəvidə inkişafına şərait yaradıb".

Politoloqun sözlərinə görə, 907-ci düzəlişin tam ləğvi məsələsi asan və qısa müddətli proses deyil. Bu, daha çox ABŞ-ın daxili siyasi mexanizmləri və Konqres amili ilə bağlıdır:

"Bununla belə, mövcud regional reallıqlar, Azərbaycanın artan geosiyasi rolu və balanslı xarici siyasəti bu məsələnin gələcəkdə müzakirə predmeti olaraq qalacağını göstərir.

907-ci düzəliş ətrafında gedən müzakirələr eyni zamanda Azərbaycanın beynəlxalq imici baxımından da əhəmiyyətlidir. Bu mövzunun gündəmdə saxlanılması Vaşinqton–Bakı münasibətlərində daha balanslı və institusional yanaşmaların formalaşmasına imkan yarada bilər. Eyni zamanda ABŞ-ın Cənubi Qafqazda daha konstruktiv rol alması üçün yeni imkanlar açılması ehtimalı da istisna olunmur.

Ümumilikdə, 907-ci düzəlişin yenidən gündəmə gəlməsi dəyişən beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin və regional əhəmiyyətinin artmasının göstəricisi kimi də dəyərləndirilə bilər. Proseslərin hansı istiqamətdə inkişaf edəcəyi isə qarşılıqlı maraqlar və diplomatik yanaşmalar fonunda formalaşacaq".

Pərvin Şakirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Yanvar 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri